Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karxana fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə!
Karxana fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə!

ETSN Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi xəbər verir:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları İmişli və Tərtər rayonlarında karxana fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirəcək. Görüşdə istismarçıların karxana fəaliyyətinin hüquqi əsaslarına dair sualları cavablandırılacaq.

Görüş 12-13 aprel tarixlərində İmişlidə, 14-15 aprel tarixlərində isə Tərtərdə keçiriləcək. Hər bir sahibkar görüşdə iştirak edə bilər.

Daha ətraflı məlumat və ya iştirak üçün +994 50 210 31 53 əlaqə nömrəsinə zəng edə bilərsiniz.

Qeyd edək ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları ilə yanaşı İqtisadiyyat Nazirliyinin aidiyyəti üzrə nümayəndələri də iştirak edəcəkdir.

Məlumat üçün qeyd edək ki, Agentlik haqqında son xəbərləri və yenilikləri agentliyin rəsmi internet səhifəsi və ya sosial platformada mövcud Facebook və Linkedin səhifələrindən əldə edə bilərsiniz.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »