Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"The Times": Finlandiya və İsveç bu yay NATO-ya daxil olmaq niyyətindədir
"The Times": Finlandiya və İsveç bu yay NATO-ya daxil olmaq niyyətindədir

İsveç və Finlandiya bu yay NATO-ya üzvlük üçün müraciət etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti mənbələrə istinadən yazır.

Rəsmilər deyirlər ki, Rusiya “böyük strateji səhvə” yol verib, bunun nəticəsi olaraq Finlandiya və İsveç yayda NATO-ya daxil olmaq niyyətlərini açıqlayıblar.

ABŞ rəsmiləri bildiriblər ki, hər iki Skandinaviya ölkəsinin NATO üzvlüyü müzakirə mövzusu olub və İsveç və Finlandiyanın dəvətli qonaq kimi daxil olduğu keçən həftə Alyansın xarici işlər nazirləri arasında danışıqlar zamanı bir çox görüşlər olub.

"Bu, Putinin böyük strateji səhvindən başqa necə ola bilər?", - ABŞ rəsmilərindən biri deyib.

Finlandiyanın iyunda, İsveçin isə ondan sonra alyansa müraciət edəcəyi gözlənilir.

Bundan əvvəl Finlandiyanın baş naziri Sanna Marin bildirmişdi ki, Finlandiyanın NATO ilə bağlı mövqeyinə ciddi şəkildə yenidən baxmasının vaxtı çatıb.

"Rusiya düşündüyümüz qonşu deyil", - deyərək o, həftə sonu ölkəsini hərtərəfli, lakin tez qərar qəbul etməyə çağırıb.

"Düşünürəm ki, biz çox hərtərəfli müzakirələr aparacağıq, lakin biz də bu prosesə lazım olduğundan artıq vaxt sərf etməməliyik, çünki vəziyyət, əlbəttə ki, çox çətindir", - deyə Marin əlavə edib.

“The Times” yazır ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Putinin şimal-qərb cinahında qoşunların yenidən yerləşdirilməsi ilə nəticələnəcək. Qəzet yazır ki, onun Ukrayna müqavimətindən və uzunmüddətli münaqişədən ağır zərbə alan ordusunun qüvvəsini daha geniş əraziyə nəzarət səbəbindən zəifləyəcək.

Avropalı diplomatlar qeyd edirlər ki, hər iki ölkə NATO-nun imkanlarını, xüsusən də kəşfiyyat məlumatlarının toplanması sahəsində və hava qüvvələrinin gücləndirilməsi çərçivəsində əhəmiyyətli dərəcədə genişləndirəcək. Diplomatlardan birinin fikrincə, İsveç və Finlandiya blokda “əsl oyunçular” olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »