Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Avropanın Rusiyadan neft və qazdan asılılığını azaltmağa çalışır
ABŞ Avropanın Rusiyadan neft və qazdan asılılığını azaltmağa çalışır

“ABŞ Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün addımlar atır”.

“Report” xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden bu məsələ ilə bağlı Avropa liderləri ilə birbaşa təmasdadır:

“Biz Avropanı Rusiyanın enerji daşıyıcılarından təmizləmək üçün çalışırıq. Biz Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını artırırıq ki, onlar Rusiya qazından asılılığını azaltsınlar. Biz onların Rusiya neftindən asılılığını da azaltmaq üçün addımlar atırıq”.

Ceyk Sallivan əlavə edib ki, ABŞ artıq Avropaya qaz ixracını artırır: “ABŞ Rusiyadan asılılığını azaltmaq üçün faktiki olaraq artıq Avropaya qaz ixracını artırır”.

Son xəbərlər
Bütün xəbərlər »