Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Rusiyadan qaz və kömür idxalını qadağan edəcək
Polşa Rusiyadan qaz və kömür idxalını qadağan edəcək

Polşa yaxın aylarda Rusiyadan enerji resurslarının idxalını qadağan etməyi planlaşdırır. Söhbət qaz və kömür idxalından gedir.

Bu barədə “Report” Polşa xarici işlər nazirinin müavini Şimon Şinkovskinin “Berliner Zeitung”a müsahibəsinə istinadən xəbər verir.

“Hətta Avropa İttifaqı tərəfindən belə bir qərar olmasa belə, biz özümüz bunu bir neçə ay ərzində qəbul edəcəyik ki, yaxşı nümunə göstərək və digər ölkələri də buna təşviq edək”, - Şinkovski deyib.

O, həmçinin vurğulayıb ki, yalnız Avropa dövlətlərinin birgə qərarı Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcək.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski dünya ölkələrini Rusiya Federasiyasının qlobal neft embarqosunu həyata keçirməyə çağırıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »