Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvadan İrəvana uçan təyyarə nasazlıq səbəbindən geri qayıdıb
Moskvadan İrəvana uçan təyyarə nasazlıq səbəbindən geri qayıdıb

Rusiyanın paytaxtı Moskvadan Ermənistanın paytaxtı İrəvana uçan təyyarə əyləc sisteminin nasazlıq sensoru işə salındıqdan sonra Jukovski hava limanına qayıdıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətinin “RİA Novosti”yə məlumat verilib.

"WZ4325 (Moskva-İrəvan) reysini yerinə yetirən təyyarə əyləc sisteminin nasazlıq sensorunun işləməsi səbəbindən Jukovski hava limanına qayıdıb. "Sukhoi Superjet" təyyarəsinin uçuş hava limanına qaytarılması qərara alınıb", - mənbə agentliyə bildirib.

O, həmçinin əlavə edib ki, təyyarə yerli vaxtla saat 11:17 radələrində hava limanına enib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »