Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Prezidentinin Ofisi: "Rusiya artıq Donbasa qarşı hücuma başlayıb"

Rusiya qoşunlarının Donbasda hücumunun birinci mərhələsi artıq başlayıb, ikinci mərhələ üçün əlavə qüvvələrin gəlməsi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, Rusiyanın şimaldan və cənubdan eyni vaxtda hücum əməliyyatı keçirməyə çalışacağını vurğulayıb.

Bundan əvvəl Oleksiy Arestoviç qeyd edib ki, yaxın iki həftə ərzində Donbasda ağır döyüşlər aparılacaq və bu, müharibənin növbəti mərhələsinin taleyini müəyyən edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »