Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: "Rusiya ordusu Mariupola hücum edib Xarkovu atəşə tutub"

“Rusiya hərbçiləri şəhərin mərkəzi hissəsinə nəzarəti ələ keçirmək üçün Mariupolun müdafiəsini yarmağa çalışır”.

APA bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bazar günü, aprelin 10-na olan səhər xülasəsində deyilir:

“Düşmən Ukrayna Silahlı Qüvvələrinin İzyum vilayətindəki bölmələrinin müdafiəsini yarmağa və Mariupol üzərində tam nəzarəti bərqərar etməyə çalışır. Həmçinin, Rusiya ordusu Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa cəhdlər edirlər”.

Eyni zamanda bildirilir ki, Slobojanskidə Xarkovu qismən bloklamaq cəhdləri edilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »