Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: "Müharibə döyüş meydanında Ukraynanın qələbəsi ilə bitəcək"
Borrell: "Müharibə döyüş meydanında Ukraynanın qələbəsi ilə bitəcək"

Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Ukrayna prezidenti və baş naziri ilə görüşdən sonra deyib ki, Ukrayna müharibəni döyüş meydanında qalib gələrək bitirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə diplomat "Twitter"də qeyd edib.

“Vladimir Zelenski və Denis Şmıxalın dözümlülüyü, qətiyyəti və qonaqpərvərliyi məni heyran etdi. Bu müharibə döyüş meydanında qalib gəlmək üçün bu əzimkar ölkəyə əlavə 500 milyon avro yardımın da verilməsi davam edir. Silah tədarükü sahəsində də Ukraynanın bütün ehtiyacları uyğun olduğu qədər təmin ediləcək”,- deyə Borrell yazıb.

Rusiya Xarici İşlər Nazirliyi Borrellə cavab verib.

Mariya Zaxarova Mariya Zaxarova

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu barədə "Telegram"da yazıb. XİN sözçüsünün fikrincə, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrelin “Twitter” səhifəsində Ukrayna böhranı ilə bağlı bəyanatı Avropa İttifaqının NATO strukturunun bir hissəsi kimi statusunu simvollaşdırır:

“Biz bunun bir “iqtisadi təşkilat” olduğunu bilirik. Bu artıq Avropa Birliyi deyil. Avropa İttifaqı özünü, sadəcə olaraq, NATO-nun iqtisadi əlaqələr şöbəsi kimi aparır. Bəlkə elə belə də var. Ola bilsin ki, biz bu təşkilat barədə həddən artıq yüksək fikirdə olmuşuq”, - deyə o "RİAnovosti"yə bildirib.

Qeyd edək ki, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və yuxarıda adı çəkilən Cosep Borrell arasında danışıqlar olub.

Bundan əvvəl "Bild"ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqları davam etdirmək niyyətindədir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »