Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: 10 min rus Mariupola hücum etməyə çalışır
Zelenski: 10 min rus Mariupola hücum etməyə çalışır

10 min rus işğalçısı Mariupolu geniş miqyaslı hücumla almağa çalışır.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstriyanın Federal Kansleri ilə birgə çıxışı zamanı deyib.

Dövlət başçısı bu döyüşlərin şəhərin müdafiəçiləri üçün çox çətin olacağını vurğulayıb: "Ruslar əsas qüvvələrini bu istiqamətə cəmləyirlər. Baxın indi onlar böyük bir ordunun qarşısına çıxıb onları dayandıracaqlar. Rusiya Federasiyası qoşunlarının işğal etmək istədikləri şərqə doğru irəliləməsinə mane olacaqlar", - deyə prezident bildirib.

“Orada Mariupol var. Mariupol nə qədər dayanacaq? Güclü əsgərlərimiz oradadır. Ən güclü ordulardan biri.  Siz bunu çox yaxşı bilirsiniz. Bu gün onların ətrafında 10 min rusiyalı hərbçi var, lakin bu onları qorxutmur, əksinə, qələbə əzmlərini artırır”, - deyə Zelenski bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »