Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
"Hazırda Boris Consonun Kiyevə səfəri prezident Vladimir Zelenski ilə təkbətək görüşlə başlayıb", - deyə bildirib.
Sibiqa vurğulayıb ki, Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiya təcavüzkarına qarşı sanksiyalarda liderdir.
Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya Ukraynaya “Mastiff” və ya “Çakal” kimi zirehli texnika göndərmək planı hazırlayır. Britaniya Müdafiə Nazirliyi “Mastiff” zirehli texnikanın göndərilməsi variantlarını nəzərdən keçirir. Həm də kəşfiyyat və ya uzaq məsafəli patrul kimi istifadə edilə bilən “Çakal” nəqliyyat vasitələri verməyi planlaşdırır.
Bundan əlavə, “The Times” qəzeti mənbəyə istinadən yazıb ki, Britaniya qoşunları təlimlər üçün Ukrayna ilə qonşu olan ölkəyə göndəriləcək.
Qadir, Bizimyol.info