Türkiyənin Malatya bölgəsində 5,2 bal gücündə zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:02-də şəhərin Pütürge rayonunda 6,2 km dərinlikdə meydana gəlib.
Zəlzələ ətraf vilayətlərdə, xüsusilə Adıyamanda hiss olunub. Malatya valisi Aydın Baruş: Hazırda dağıntı və təlafat barədə heç bir məlumatın olmadığını bildirib.
Bizimyol.info