Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timoşenko: Rusiya bu gün dayandırılmasa, müharibə genişlənəcək
Timoşenko: Rusiya bu gün dayandırılmasa, müharibə genişlənəcək

Ukraynada narıncı inqilabın simvolu, keçmiş baş nazir və müxalifət lideri Yuliya Timoşenko "NTV" telekanalında Rusiyanın başlatdığı müharibə ilə bağlı sualları cavablandırıb.

Bizimyol.info xəbər veririr ki, Timoşenko 2000-ci illərdə müdafiə etdiyi NATO və Aİ-yə üzvlük perspektivindən əl çəkmədiyini bildirib.

“NATO Ukraynanı müdafiə edə biləcək yeganə qaladır” deyən müxalifət lideri: “Mən baş nazir olanda NATO-ya üzvlük prosesinə başlamaq istəyirdik. Bəzi ölkələr, o cümlədən Fransa və Almaniya bunu rədd etdi. İkincisi, bizim Aİ-yə üzvlük prosesimiz 2014-cü ildə bloklandı. Biz bu gün bu iki strateji səhvin nəticəsini yaşayırıq”, - deyə qeyd edib.

Bunun önümüzdəki illərdə Ukraynaya qarşı yeni müharibənin başlanğıcı olduğunu bildirən keçmiş baş nazir: “Beləliklə, Rusiya bu dəfə silahsız Ukraynaya qarşı döyüşəcək. Ukrayna xalqı isə buna heç bir şəkildə “hə” deyə bilməz”, - deyə bildirib.

Müxalifət lideri deyib ki, Ukraynalılar heç vaxt Krımın və Donbasın Rusiyaya verilməsinə razı olmayacaqlar.

“Ukraynanın ayrılmaz hissələri olan Krım və Donbasın taleyi Ukrayna xalqı tərəfindən həll edilməlidir. Ona görə də hesab edirəm ki, referendum yaxşı həll yolu ola bilər. Yalnız torpaq məsələsi referendumun predmeti ola bilməz. Referendumun mövzusu sülh müqaviləsinin bütün maddələridir. Bunun əvəzini ödəmiş Ukrayna xalqı bu torpaqların Rusiyaya qalmasına imkan verməyəcək”, - deyən Timoşenko bildirib.

Sabiq baş nazir həmçinin xəbərdarlıq edib ki, Rusiya bu gün dayandırılmasa, müharibə genişlənəcək.

“Ukrayna və dünya Putini dayanmasa, o özü dayanmayacaq. Ortaya çıxacaq müqavilələrin arxasında bir güc olmalıdır”, - deyə keçmiş baş nazirqeyd edib.

Müqavilələrin arxasında heç bir güc olmadığı təqdirdə Rusiyanın bundan sonrakı müharibəyə bir pillə kimi istifadə edəcəyini bildirən Timoşenko: “Sülh müqaviləsinin detalları da çox önəmlidir. Xüsusilə Türkiyə Prezidenti bu detallara böyük önəm verir. Ərdoğanın Ukraynanın Rusiya ilə bağlayacağı sülh müqaviləsinə əhəmiyyətli kömək edə biləcəyinə inanırıq”, - deyə o bildirib.

2004-cü ildə baş verən narıncı inqilabla Ukraynanın taleyi dəyişdi.

Prezident seçkilərinin saxtalaşdırıldığını əsas gətirən izdiham küçələrə axışıb, Rusiyanın dəstəyini alan Viktor Yanukoviç yenidən keçirilən seçkidə uduzub və Viktor Yuşşenko kürsüyə çıxıb.

O zaman Rusiyanın Qərblə “Ukrayna” mübarizəsi Yuşşenko yaylığının rəngi ilə yadda qalan inqilabla başladı. İnqilabın digər simvolu, keçmiş baş nazir Yuliya Timoşenko uzun illər həbsdən sonra müxalifətdədir və Rusiya müharibəsinə qarşı Zelenski hökumətini dəstəkləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »