Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya məğlub olduğu üçün hücum planını dəyişmək məcburiyyətində qalıb" - Malyar
"Rusiya məğlub olduğu üçün hücum planını dəyişmək məcburiyyətində qalıb" - Malyar

“Rusiya Federasiyası Ukraynanı ələ keçirmək niyyətindən əl çəkməyib. Eyni zamanda, müharibədə məğlub olduğu üçün hücum planını dəyişmək məcburiyyətində qalıb. Hazırda işğalçılar növbəti hücuma hazırlaşırlar".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar danışıb. Onun sözlərinə görə, Putin ordusunun Kiyev, Çerniqov və Sumı vilayətlərindən çıxarılmasına baxmayaraq, bütün ərazidə hücum təhlükəsi hələ də qalmaqdadır.

"Müharibə başlamazdan əvvəl onların müəyyən strategiyası var idi, lakin bu, nəticə vermədiyi üçün indi çox qısa müddətdə öz taktikalarını dəyişmək məcburiyyətindədirlər",- deyə Malyar bildirib.

Nazir müavini vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası Silahlı Qüvvələrinin Kiyev və Çerniqov vilayətlərini tərk etmiş bölmələrini döyüş qabiliyyətindən məhrum edib. İndi Rusiya qoşunları sərhəd boyunca texnikanın sayını artırır, kəşfiyyatı gücləndirir və müharibənin gedişatını təhlil edərək, Ukrayna yaşayış məntəqələrinə hücumun yeni istiqamətlərini müəyyənləşdirirlər.

Müdafiə nazirinin müavini qeyd edib ki, Rusiya hərbi rəhbərliyi Ukraynadan belə bir müdafiə gözləmirdi. Onun sözlərinə görə, Ukrayna qüvvələrinin müqaviməti güclə yanaşı, həm də daha çox intellektual olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, Rusiya qoşunları Mariupola nəzarəti ələ keçirməyə, həmçinin İzyum istiqamətində yarıb keçməyə çalışır, lakin buna nail ola bilmirlər. Bir gün əvvəl,Ukrayna müdafiəçiləri Donetsk və Luqansk vilayətlərində düşmənin yeddi hücumunu dəf ediblər. Xarkov və Xerson vilayətlərində daha sərt döyüşlər və atışmalar davam edir. Rusiya ordusu Ukraynanın şəhər və kəndlərinin mülki infrastrukturuna raket və hava zərbələri endirməkdə davam edir. Bu da mülki əhalinin tələfatına səbəb olur.

Xatırlafaq ki, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, general-leytenant Aleksandr Skipalski Rusiya qoşunlarının yeni hücum təhlükəsinin həqiqətən də mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu dəfə işğalçı ölkənin lideri Vladimir Putinin Ukraynada bir neçə məqsədi var.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »