Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Mariupolda törətdikləri dəhşətə gətirir: Krematoriyalardan istifadə edirlər
Rusiyanın Mariupolda törətdikləri dəhşətə gətirir: Krematoriyalardan istifadə edirlər

“Rusiya tərəfindən işğal edilmiş Mariupolda Rusiya hərbçiləri cinayətlərinin izlərini ört-basdır etməyə və öldürdükləri ukraynalıların cəsədlərini krematoriyalarda kütləvi şəkildə yandırmağa çalışırlar. Eyni zamanda, kremasiya zonası Rusiya ordusunun ciddi mühafizəsi altındadır. Bu da içəridən vizual təsdiqi əldə etməyi mümkünsüz edir. Eyni zamanda çoxlu sayda Mariupol sakini zorla Rusiya Federasiyasının ərazisinə aparılır”.

Bizimyol.info xəbər verir ki, bu barədə Telegram-da Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat verib. Onun sözlərinə görə, Rusiya işğalçıları şəhərin demək olar ki, hər bir rayonunu artilleriyadan atəşə tutur və təyyarələrlə bombalayır. Mer müşaviri bildirib ki, işğalçıların şəhər daxilində ciddi irəliləyişi yoxdur. Andryuşşenko vurğulayıb ki, onlar mobil krematoriyalardan istifadə edərək cinayətlərinin izlərini məhv edirlər.

“İşğalçılar küçələri ölülərin cəsədlərindən təmizləməyə davam edirlər. Levoberejnı rayonu demək olar ki, təmizlənib. Mərkəzi "Parkovı" və "Novoselovka" fərdi yaşayış sahəsi, mərkəzi küçələr... Krematoriya prosesinin keçirilməsi üçün seçilən şəhər Metro şəhəri Volodarskoye şossesi boyunca yerləşən anbarların sənaye zonasıdır. İşğalçılar cəsədləri saxlamaq üçün sənaye anbarlarında iri saxlama soyuducularından istifadə edirlər”,- deyə mer müşaviri yazıb.

Petr Andryuşşenko qeyd edib ki, işğalçılar Mariupol sakinlərinin Rusiyada “isti” münasibətlə qarşılandığı barədə məlumatlar yayırlar. Eyni zamanda, Mariupolun böyük sakinləri onların ciddi “süzgəcləri” altına düşür, Ukraynayönlü mövqedə olanlar isə səssiz-səmirsiz "yoxa çıxırlar". Hazırda yerli hakimiyyət itkin düşən sakinlərin yerini tapmağa çalışır.

Xatırladaq ki, Mariupolun müdafiəçiləri Rusiya işğalçılarının Mariupolda dinc əhaliyə qarşı törətdikləri dəhşətli cinayətləri təsdiqləyən fotolar nümayiş etdiriblər. Mariupol qətliamının fotoları sübut edirdi ki, öldürülən şəxslərin cəsədləri hər yerdədir. Və onların sayı çoxdur.

Mariupol Şəhər Şurasının məlumatına görə, Rusiya Ordusu şəhərdə ən azı 5 min insan öldürüb. Keçmiş daxili işlər naziri Arsen Avakov ölənlərin sayının 6 dəfə çox olduğunu açıqlayıb. Onun sözlərinə görə, işğalçıların bombaladığı Mariupolda 30 min insan həlak ola bilərdi.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »