“"Qırmızı Meşə"dəki səngər qazmaq işləri işğalçıların təcrid zonasındakı yeganə ehtiyatsız hərəkəti deyildi”.
Bizimyol.info xəbər verir ki, bu barədə Baş Təhlükəsizlik mühəndisi Valeri Semyonov “The New York Times”-a şərhində bildirib. Onun sözlərinə görə, Rusiya ordusuna atom, biologiya və kimya bölmələrin zabitləri, həmçinin “Rosatom” ekspertləri cəlb olunub. Ancaq görünən budur ki, Rusiya nüvə alimlərinin ordunun komandanlığına heç bir təsiri olmayıb.
“Rusiya ordusu daha çox Kiyevə hücumla məşğul idi və məğlub olan qoşunların uğursuzluğundan sonra Çernobıldan Belarusa qaçış yolu kimi istifadə etdilər. Gəldilər və istədiklərini etdilər”,- deyə mühəndis bildirib.
Mütəxəssislər, nüvə müdafiə bölməsindən olan bir Rusiya mütəxəssisi nüvə tullantıları anbarından yalın əlləri ilə radioaktiv Kobalt-60 maddəsini götürərək inanılmaz radiasiyaya məruz qalması hadisəsindən xəbərdardırlar. Həmin adama nə olub, məlum deyil.
Rusiya ordusu Çernobıl AES-i ələ keçirdikdən sonra onların “Qırmızı Meşə” ərazisində möhkəmlənməyə çalışdıqları barədə məlumat ortaya çıxıb. Rusiya ordusunun bu ərazilərdəki bölmələrinin böyük dozada radiasiyaya məruz qalmış olmaları ehtimalı mütəxəssislər tərəfindən təsdiqlənib. Bir müddət sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, Belarus Respublikası ərazisində, Qomel Respublika Radiasiya Təbabəti və İnsan Ekologiyası Elmi-Praktik Mərkəzində Rusiya Federasiyası silahlı qüvvələrinin yaralanmış hərbçiləri Çernobıl zonasında olduqları müddətdə əhəmiyyətli dozalarda radiasiyaya məruz qalıblar.
Xatırladaq ki, martın 31-də ruslar Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tamamilə tərk ediblər.
İlahin, Bizimyol.info