Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin məqsədləri aydın şəkildə görünür" - Skipalski
"Putinin məqsədləri aydın şəkildə görünür" - Skipalski

“Hökumət Luqansk, Donetsk və Xarkov vilayətlərində yaşayan ukraynalıları təxliyə etmək çağırışında tam haqlıdır. Rusiya prezidenti Vladimir Putinin ordusunun yeni hücum əməliyyatı təhlükəsi həqiqətən də mövcuddur. Bu dəfə Kreml qarşısına üç məqsəd qoyur. Putinin hərbi potensialı tükənsə belə, Ukraynanı məhv etmək məqsədindən əl çəkməyəcək, ancaq ukraynalılar onun qarşısını ala bilər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, Ukrayna Zabitlər İttifaqının sədri, general-leytenant Aleksandr Skipalski deyib. O, qeyd edib ki, hökümətin çağırışını dəyərləndirməyəcək, çünki hakimiyyət vəziyyəti daha yaxşı qiymətləndirir.

“Amma real təhlükə ilə bağlı deyə bilərəm ki, Kiyevi ələ keçirmək vəzifəsini yerinə yetirə bilməyən Rusiya diqqətini məhz şərq istiqamətinə ilk növbədə Donbassa yönəldəcək. Bundan əlavə, Putinin məqsədinin Krıma quru dəhlizi olduğu açıq-aşkar görünür. Bundan başqa, Ukraynanın cənub hissəsində, Şimali Krım kanalını dolduran Dnepr çayının bir hissəsinin əldə etmək arzusu da var. Bu vəzifələr aydın görünür. Şübhəsiz ki, yeni aktiv faza da bu istiqamətdə inkişaf edəcək. Ona görə də mülki əhali üçün təhlükə artır. Hesab edirəm ki, hökumətimiz yerli əhaliyə bu təhlükəli zonadan çıxmağı təklif etməklə və kömək etməklə düzgün iş görür”,- deyə o bildirib.

Rusiyanın üçüncü məqsədi isə, Ukraynaya təzyiq göstərmək üçün Minsk razılaşmaları zamanı olduğu kimi müqavilələr, sazişlər və sair imzalanarkən şərtləri diktə edə bilmək üçün qoşunları daim gərgin saxlamaqdır. Aleksandr Skipalski vurğulayıb ki, prezident Volodimir Zelenskinin Rusiya ilə danışıqların olması ilə bağlı mövqeyini dəstəkləyir.

“Danışıqların olmaması ya bitib-tükənməyən müharibəyə, ya da Rusiya üzərində qələbəyə, yəni Rusiyanın ələ keçirilməsi və bir dövlət kimi məhv edilməsinə ümid etmək deməkdir. Bu isə çətin işdir”,- deyə general-leytenant qeyd edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »