Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Putinə İlham Əliyevlə görüşü barədə məlumat verib
Paşinyan Putinə İlham Əliyevlə görüşü barədə məlumat verib

Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşün nəticələri barədə məlumat verib.

Bizimyol.info "TASS"a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Ermənistanın baş naziri aprelin 19-da Rusiyaya işgüzar səfərə gedəcəyini də bildirib.

Paşinyan Rusiya sülhməramlılarının Azərbaycan qoşunlarının "Qarabağdakı ilkin mövqelərinə" gətirilməsi üçün addımlar atacağına da ümid etdiyini bildirib.

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə danışıqlar aparılıb. Görüş 4 saat davam edib, bundan sonra Əliyev və Paşinyan öz ölkələrinin xarici işlər nazirlərinə sülh müqaviləsi üzrə danışıqlara hazırlığa başlamağı tapşırıblar.

Dağlıq Qarabağ ətrafında vəziyyət 2020-ci il sentyabrın 27-də orada aktiv döyüş əməliyyatları başlayandan sonra gərginləşib. 2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən regionda hərbi əməliyyatların dayandırılmasına nail olmağa imkan verən üçtərəfli bəyanat imzalanıb. Müqaviləyə uyğun olaraq qoşunlar oluqları yerdə dayanmalı, bölgədə rusiya "sülhməramlı qoşunu" yerləşdikdən sonra və Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarmalı idi.

Qeyd edək ki, Azərbaycan indiyə qədər üçtərəfli razılaşmada üzərinə düşən bütün bəndlərə əməl edib. Ermənistan isə bəyannamədəki razılaşmalara məhəl qoymadan ordusunu Azərbaycan ərazisində saxlamaqla mütəmadi təxribatçı davranışlar sərgiləyir. Ölkə ərazisinə dversiya qurupları göndərir, davamlı atəşkəs rejimini pozaraq gərginlik yaradır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »