Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Roskomnadzor" "Google"dan "Duma TV"nin blokdan çıxarılmasını tələb edir
"Roskomnadzor" "Google"dan "Duma TV"nin blokdan çıxarılmasını tələb edir

"Roskomnadzor" Duma telekanalının hesabından məhdudiyyətləri aradan qaldırmaq və onların tətbiq edilməsinin səbəblərini izah etmək tələbi ilə "YouTube" videohostinqinin sahibi olan "Google"a müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü idarənin mətbuat xidmətindən məlumat verilib.

"Roskomnadzor" "YouTube" internet xidmətinin sahibi olan Amerikanın "Google" MMC-dən Rusiya Federasiyası Dövlət Dumasının Duma telekanalına videohostinqdə çıxışı dərhal dayandırmağı və bu cür məhdudiyyətlərin tətbiqinin səbəbini izah etməyi tələb edib.

“Dövlət qurumunun “YouTube” kanalının bloklanması məlumatın yayılmasına və ona sərbəst girişə mane olur”, - deyə idarədən bildirilib.

Bundan əvvəl "Google"un "YouTube"da "Duma TV" kanalının hesabını blokladığı məlum olub.  Kanalın özünün verdiyi açıqlamaya görə, "Google" şirkətin qaydalarına uyğun olaraq "ixrac məhdudiyyətləri və sanksiyaların tətbiqi ilə əlaqədar" kanalı bərpa etmək imkanı olmadan bu qərarı verib.

"Duma TV" muxtar qeyri-kommersiya təşkilatıdır, kanal tamamilə parlamentin aşağı palatasının işinə həsr olunub, onun sosial şəbəkələrdəki səhifələri və Dövlət Dumasının iclaslarını canlı yayımlayan internet saytında, video və deputatların şərhləri dərc olunur", - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, Rusiyada başda "Facebook" və "Twitter" olmaqla bir çox sosial media platformalarının istifadəsi bloklanıb.

"Meta" Kommunikasiya Direktoru Endi Stoun verdiyi yazılı açıqlamada: "Rusiyanın Ukraynaya təcavüzü nəticəsində "Rus işğalçılarına ölüm" kimi normal qaydalarımızı pozacaq zorakı siyasi ifadə formalarına müvəqqəti icazə veririk", deyə bildirmişdi.

Digər tərəfdən, “Washington Post”un xəbərinə görə, "Meta" Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putinə “ölüm” çağıran məzmuna da icazə verəcəyini bildirmişdi. Bundan əlavə, Ukrayna işğalını dəstəkləyən rusları təbliğ edən hesabların bir müddət bloklanmayacağı barədə də xəbərdarlıq etmişdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »