Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açqlanıb
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açqlanıb

Milli Məclisin yaz sessiyasının növbəti iclası tarixi və gündəliyi məlum olub.

Bizimyol.info xəbər verir ki, parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aprelin 12-də keçiriləcək iclasın gündəliyinə 4 məsələ daxildir.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »