Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yolda dava edənlərdən biri ölüb, digəri həbs olunub
Yolda dava edənlərdən biri ölüb, digəri həbs olunub

Qəza vəziyyəti sürücülər arasında davaya səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Şəmkir rayon prokurorluğu məlumat verib.

Bildirilir ki, aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Son xəbərlər
Bütün xəbərlər »