Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya kəşfiyyatı: Rusiya aviasiyası Ukraynanın cənub və şərqində fəallığı artacaq
Britaniya kəşfiyyatı: Rusiya aviasiyası Ukraynanın cənub və şərqində fəallığı artacaq

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukraynanın şərqi və cənubu uğrunda gedən döyüşlərdə aviasiya dəstəyini artıracaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında kəşfiyyatı səhər hesabatında məlumat verib.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya Ukraynanın şərqindəki Kramatorsk dəmiryol stansiyasına dünənki raket hücumu zamanı həlak olanlar kimi mülki Ukrayna vətəndaşlarını hədəfə almaqda davam edir.

"Rusiya əməliyyatları hələ də Donbass, Mariupol və Nikolayevə yönəlib. Rusiya donanması Kremilin əmrinə uyğun olaraq Ukrayna ərazilərinə qanadlı raketlər atmaqda davam edir. Bu ardığıl zərbələrə dəstək məqsədi ilə Ukraynanın cənubunda və şərqində Rusiya aviasiyasının fəaliyyətinin artması gözlənilir", - deyə nazirliyin məlumatında qeyd edilib.

"Bununla belə, Rusiyanın Krım və Donbass arasında quru dəhlizi yaratmaq ambisiyaları Ukraynanın müqaviməti ilə üzləşməkdə davam edir. Düşmən Ukraynanın şərq vilayətlərini ələ keçirmək üçün qoşunlarını yaxınlıqda cəmləşdirməkdə davam edir. Eyni zamanda, digər ərazilərə raket hücumu təhlükəsi hələ də yüksəkdir. Odessa vilayətinə səmadan hücum davam edir", -deyə Britaniya kəşfiyyatı məlumat verib.

Aprelin 8-də ukraynalı müdafiəçilər düşmənin 7 hücumunu dəf etdilər. Kəşfiyyat məlumatlarına görə, rus işğalçıları Mariupoldan keçməklə Xarkovu işğal etməyə cəhd edə bilərlər.

Qeyd edək ki, Rusiya ordusu dünən Ukraynanın şərqində, Donetsk vilayətində yerləşən Kramatorsk dəmir yolu stansiyasına iki raket zərbəsi vurub. Son məlumata görə, artileriya hücumu nəticəsində 52 nəfər həlak olub 100-dən çox adam yaralanıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »