Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: Qapalı məkanlarda maska qadağası məsələsinə baxılır
Nazir: Qapalı məkanlarda maska qadağası məsələsinə baxılır

Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O, son günlər yoluxma sayının kəskin azaldığını bidirərək vətəndaşları səbrli olmağa çağırıb: "Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram" - deyə nazir bildirib.

"Hazırda Avropanın bir sıra ölkələrində "COVID-19" infeksiyasının yeni ştamlarına yoluxma sayında artım müşahidə olunur. "Sars-Cov-2" virusu dəfələrlə mutasiyaya uğrayaraq yeni ştamlar yaradıb. Bu səbəbdən virusun özünü necə aparacağını öncədən bilmək olmur. Vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırıq. Sevindirici haldır ki, “Omikron” ştamından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib. Ümid edirik ki, pandemiya sona doğru gedir”, - deyə nazir qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »