Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Rusiyanın Kramatorskdakı cinayətinə qəti cavab gözləyirik
Zelenski: Rusiyanın Kramatorskdakı cinayətinə qəti cavab gözləyirik

"Ukrayna Prezidenti Vladimir Zelenski vurğulayır ki, Ukrayna Kramatorskda rus işğalçılarının hərbi cinayətinə qəti qlobal cavab gözləyir".

Bizimyol.info xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında videomüraciətində bildirib.

"Dünyanın bütün aparıcı gücləri artıq Rusiyanın Kramatorska raket zərbəsini pisləyib. Biz bu hərbi cinayətə beynəlxalq aləmdən qəti qlobal cavab gözləyirik. Buçadakı qırğınlar kimi, Rusiyanın bir çox digər hərbi cinayətləri kimi, Kramatorska raket hücumu da müharibə cinayətlərindən biri kimi qəbul edilməlidir. Bu cinayəti törədən, bilərəkdən mülki şəxslərə qarşı qətl törədən dövlət tribunalda mütləq ittiham olunacaq”, - deyə Zelenski vurğulayıb.

O vurğulayıb ki, dünyanın bütün qüvvələri dəqiqəbə dəqiqə kimin nə etdiyini, kimin hansı əmri verdiyini müəyyənləşdirməyə yönəldiləcək: "Bundan əlavə, bu raketin haradan gəldiyini, kimin daşıdığını, əmrin kimdən verildiyini və bu zərbənin necə əlaqələndirildiyi müəyyən ediləcək.  Bu kütləvi qırğın məqsədi ilə təşkil olunmuş hücumdur. Burada məsuliyyət qaçılmazdır”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, aprelin 8-də işğalçılar Kramatorsk dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Atışma zamanı stansiyada minlərlə insan olub, çünki həmin vaxt Donetsk vilayətinin sakinlərinin Ukraynanın təhlükəsiz bölgələrinə təxliyə eilməsi ilə bağlı müraciətə uyğun olaraq köçürmə təşkil edilmişdi. Bu barədə mətbuat məlumat vermişdi.

Hazırda raket hücumu nəticəsində azı 52 nəfərin öldüyü, 109 nəfərin yaralandığı məlumdur. Daha əvvəl 5-i uşaq olmaqla 50-yə yaxın insanın öldüyü bildirilirdi. 12 nəfər xəstəxanada, 38 nəfər isə stansiyada dünyasını dəyişib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »