Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Belarusu Ukrayna üçün zaminlər siyahısına daxil etmək istəyir
Rusiya Belarusu Ukrayna üçün zaminlər siyahısına daxil etmək istəyir

Moskva Kiyevə Belarusu təhlükəsizlik qarantı ölkələr siyahısına daxil etməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Sergey Lavrov Sergey Lavrov

O qeyd edib ki, Rusiya və Ukrayna arasında gələcək sülh sazişinə əsasən, bu ölkələr təhlükəsizlik zəmanətini öz üzərinə götürməli olacaqlar.

"Təhlükəsizliyin təminatçısı olan dövlətin qonşuları, Ukraynaya bitişik olan bütün ölkələri və bir sıra digər dövlətləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini görmək istərdilər. Ona görə də biz təklif etdik ki, Belarus Respublikası, əlbəttə ki, belə qarant ölkələr sırasında olsun. İndi bütün bu məsələlər, o cümlədən qarant ölkələrin tam spektri razılaşdırılır. Lakin biz Belarusun onların arasında olmasının tərəfdarıyıq”,- deyə XİN rəhbəri bildirib.

Xatırladaq ki, Lukaşenko bir qədər əvvəl demişdi ki, Belarus da Ukrayna ilə Rusiya arasında danışıqlar prosesində tərəf olmalıdır.

Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynaya qarşı müharibəni başlayandan bu günə qədər Belarus Moskvanın tərəfində olub. Tətta Rusiya Ukraynanın Kiyev də daxil olmaqla şimal bölgələrinə hücum zamanı Belarus dövlətinin ərazisindən istifadə edib. Minsk dövlət sərhədləri daxilindən Ukrayna ərazisinə taket zərbələrinin atılmasına da icazə verib.

Bütün olanlardan sonra Lavrovun "Belarusu qarant ölkələr sırasında" görməsi qəribə yanaşmadır. Hələlik danışıqların bu mərhələyə çatmasına xeyli zamanın lazım olacağı güman dilsə də, Rusiya tək səsə sahib olacağını bildiyi birliyə indidən öz tərəfdarını yerləşdirməyə çalışır. Əlbəttə Ukrayna razılıq versə.//

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »