Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rublun yalançı “bahalaşması”: Rusiyada "qara bazar"da durum necədir?
Rublun yalançı “bahalaşması”: Rusiyada "qara bazar"da durum necədir?

Rublun rəsmi məzənnəsi nəzərəçarpan dərəcədə yüksəlib. Bunun hətta müharibədən əvvəlki vəziyyətə gəlib çıxdığını demək olar. İndi Rusiyada dolların 72 rubldan da ucuz olduğu bildirilir. Amma məhz “bildirilir”. Rəsmi məzənnə ilə gerçəklik heç də üst-üstə düşmür.

Bizimyol.info xəbər verir ki, Kreml rublun güclənməsi görüntüsü yaratmağa çalışır. Guya Rusiya pulu özünə gəlib. Xüsusilə martın sonlarında Rusiya Prezidenti Vladimir Putinin təbii qazı yalnız rublla satacaqları barədə bəyanatından sonra rəsmi məzənnədə ciddi dəyişiklik olub.

Əslində, nə baş verir? Rubl heç də özünə gəlməyib. Kreml ağır günlərdə hər şeyin qaydasında olması imitasiyası ilə məşğuldur. Qazla bağlı bəyanat lazımi effekt verməyib. Qərb ölkələri rublla ticarət etməyəcəyini açıqlayıb. Onsuz da Rusiya qazından zamanla imtina taktikası seçilib. Ölkə əhalisi sürətlə yoxsullaşır. Rusiya müflisləşir. İnsanlar dolanmaq üçün əlindəki xarici valyutanı rubla dəyişməyə məcbur edilir. Amma iş orasındadır ki, bu da sabit məzənnəyə zəmin yaratmır. Rusiya Mərkəzi Bankının müəyyənləşdirdiyi rəqəmlər gerçəkliyi əks etdirmir. İndi şimal ölkəsində 150 rubla da dollar almaq müşkül məsələdir. Rusiyanı tərk etmək istəyənlərin sayı çox artıb. Məhz həmin kəsim xarici valyuta almaq üçün “qara bazar”a üz tutur. Orada isə rəsmi məzənnəni yalnız gülüşlə qarşılayırlar.

Rusiya müharibəni bitirməyə hazırlaşır. Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamaları çox şeydən xəbər verir. Kremlin rəhbərliyi anlayır ki, müharibə uduzulub. İndi daha çox daxili publika üçün "qələbə hekayəsi" ehtiyac var. Rublun məzənnəsi iqtisadi müstəvidə belə görüntüyə işləyir. Hərbi müstəvidə isə Donbass ətrafında bir neçə şəhərin işğalı Kremlin işinə yaraya bilər. Kiyev ətrafında böyük uğursuzluq olub. Rusiya indiki şərtlərlə müharibəni çox davam etdirmək gücündə deyil. Həm də sanksiyalar təsirini göstərməyə başlayıb. Bu mənada rublun gələcəyi də işıqlı görünmür. Rusiya pulunun gerçək dəyəri ilin sonuna qədər indiki ilə müqayisədə xeyli ucuzlaşacaq. Rusiya milli valyutasının ağlamalı günləri hələ irəlidədir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »