Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sənə güvəndiyim dağlar..." - Çin Rusiya neftini ucuz almağa da qorxur
"Sənə güvəndiyim dağlar..." - Çin Rusiya neftini ucuz almağa da qorxur

Rusiya dünyanın arzuolunmaz ölkələrindən birinə çevrilir. Əksər dövlətlər Ukraynadakı hərbi əməliyyatlara görə Kremldən üz döndərib. Üstəlik, sanksiyalara görə şimal ölkəsi ilə hər hansı əməkdaşlıq da təhlükəli görünür. Məsələn, Çin Rusiyadan neft almağa açıq-aşkar çəkinir.

Bizimyol.info xəbər verir ki, “Sinopec”, CNOOC, “PetroChina” və “Sinochem” maydan etibarən şimal ölkəsindən neft tədarükünü dayandıracaq. Cari müqavilələrə hələlik müəyyən mənada əməl edilir. Amma bundan sonrakı əməkdaşlıq çox qaranlıq görünür. Çin dövlət şirkətləri Qərbin qəzəbinə tuş gəlmək istəmir.

Çin və Rusiyanın son illər çox yaxınlaşdığını danmaq olmaz. Asiya dövləti Kremlin əsas neft müştərisinə çevrilib. Çin Rusiyadan sutkada 1.6 milyon barel neft alır. Pekinin əlavə neftə ehtiyacı var. Amma indi Rusiyadan məhsul almaq çox risklidir. Yeni müqavilələrin bağlanmasından söhbət gedə bilməz.

Hərçənd, Rusiya çox sərfəli təkliflər irəli sürür. “Urals” birjalarda 79 dollara təklif edilir. Rusiya bu növ neftin barelini Çinə 45-50 dollara da verməyə hazırdır. Asiya dövləti belə qarışıq dövrdə adının “qara siyahı”da yer almasını heç istəmir.

“Sinopec”də daha çox narahatdırlar. Neft emalı şirkətində hesab edirlər ki, Rusiya ilə əlaqələri təxirə salmadan dayandırmaq lazımdır. “Sinopec” müqavilə öhdəliklərini yerinə yetirməyi heç arzulamır.

Çin bankları da adının Rusiya ilə yanaşı çəkilməsini istəmir. Bu istiqamətdə əməliyyatlar arzuolunmaz sayılır. Rusiya neftinə görə dövriyyədə olacaq pullar yalnız başağrısı gətirə bilər.

Ümumiyyətlə, Rusiya Çindən gözlədiyi dəstəyi ala bilmir. Düzdür, Pekin rəsmi səviyyədə Moskvanın qonşu ölkəyə hücumunu pisləməyib. Buna baxmayaraq, ayrı-ayrı məmurlar Ukraynanın ərazi bütövlüyünə hörmət etdiklərini dilə gətiriblər. Çin hökuməti hiss edir ki, proses Rusiya üçün yaxşı bitməyəcək. Xüsusilə Buça faciəsindən sonra Kremlin əfv olunması inandırıcı deyil. Buna görə də Çin Rusiyadan bacardıqca uzaq dayanmağa çalışır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »