Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Slovakiya Ukraynaya "S-300" hava hücumundan müdafiə sistemi verib
Slovakiya Ukraynaya "S-300" hava hücumundan müdafiə sistemi verib

"Slovakiya C-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib. Kompleks artıq ölkə ərazisindədir".

Bizimyol.info xəbər verir ki, hava hücumundan müdafiə sisteminin ötürülməsi ilə bağlı məlumatı Slovakiyanın baş naziri Eduard Heqer təsdiqləyib.

“Sistemin bağışlanması o demək deyil ki, Slovakiya Ukraynadakı silahlı münaqişənin bir hissəsinə çevrilib. Həm də sizə bildirmək istəyirəm ki, Slovakiya Respublikasının müdafiəsi də tam təmin olunub və yaxın günlərdə müttəfiqlərimizin əlavə raketdən müdafiə sistemi ilə gücləndiriləcək”,- deyə o bildirib.

Qeyd edək ki, Ukrayna Rusiyanın hərbi hücumunu dəf etmək üçün Qərb dövlətlərinə hərbi yardım, o cümlədən hava hücumundan müdafiə vasitələri üçün müraciət edib. Slovakiya isə "S-300" sistemini Ukraynanın tələbi ilə BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsinə uyğun olaraq qonşu dövlətə təhvil verib.

Cümə günü ABŞ NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Rusiyanın işğalına cavab olaraq silah tədarükünü sürətləndirmək barədə razılığa gəldikdən sonra Ukraynaya yeni silah sistemləri göndərəcəyini bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müttəfiq dövlətləri bürokratiyaya əsaslanan gecikmələrə son qoymağa çağırıb.

Dövlət katibi Entoni Blinken ABŞ və digər 30 ölkənin Ukraynaya silah göndərdiyini, bu prosesin daha da güclənəcəyini bildirib. Blinken əlavə edib ki, ABŞ artıq Kiyevə zenit sistemləri, çiyindən atılan tank əleyhinə silahlar və zirehli maşınlar göndərməyə hazırdır.

Keçən həftə Pentaqon rəsmiləri prezident Co Baydenin martın ortalarında Ukraynaya vəd etdiyi bütün silahların, o cümlədən "S-300"lərin hələ də təhvil verilmədiyini bildirib.

Müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Konqresdəki dinləmələrdə deyib: “"S-300" sistemləri, o cümlədən "S-300" sistemlərinin ehtiyat hissələri, raketləri və müxtəlif hissələri olan sovetdən qalma sistemlərə sahib ölkələr bunu Ukraynaya göndərməyə hazırdır”,- deyib.

O, əlavə edib ki, ABŞ "S-300"ləri daha müasir ABŞ istehsalı olan Patriot raket batareyaları ilə əvəz etməyə çalışan Slovakiya ilə müzakirələr aparır. Mart ayında Slovakiya Ukraynaya müdafiə sistemini yalnız NATO-dan təhlükəsizlik boşluğunu bərpa etmək üçün əvəzedici almaq şərti ilə verəcəyini bildirmişdi.

Heger deyib ki, Slovakiya S-300-ləri “Ukraynaya və onun günahsız vətəndaşlarına verir və inanır ki, bu sistem mümkün qədər çox günahsız ukraynalının həyatını xilas etməyə kömək edəcək”.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »