Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğalçılar Ukrayna QIS-nin işinə müdaxilə edirlər
İşğalçılar Ukrayna QIS-nin işinə müdaxilə edirlər

Ukraynanın “GTS Operator of Ukraine” (QOİSU) Rusiya Federasiyasının nümayəndələrinin və onların nəzarətində olan “LNR” adlanan qeyri-qanuni silahlı birləşmələri Luqansk vilayətindəki "Novopskov" kompressor stansiyasından qaz nəqlinin əməliyyat işlərinə və texnoloji proseslərinə kobud müdaxilə etdiyini bildirir.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti sosial şəbəkə səhifəsində məlumat yayıb.

"Novopskov" Kompressor stansiyası (KS)  Donetsk və Luqansk bölgələrində istehlakçılara qaz nəqlinin təşkili üçün vacib obyektdir. Həmçinin, Soxranovka qazölçmə stansiyasından (QIS) Avropaya qaz tranzitinin demək olar ki, üçdə biri bu stansiyadan keçir.

“QOİSU” işğalçılar tərəfindən rabitə avadanlığının işində və texnoloji rejimlərdə dəyişiklikləri nəzərdə tutan bir sıra hərəkətləri qeydə alıb ki, bu da faktiki olaraq KS avadanlığı üzərində operativ nəzarətin itirilməsinə səbəb ola bilər”, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, bu, qaz nəqli sisteminin bütövlüyünə, qazın nəqli rejimi sabitliyinin poulmasına  və nəticədə qazın XS ilə xüsusən də tranzit müqaviləsi əsasında nəqlinin mümkünsüzlüyü üçün əhəmiyyətli risklərə gətirib çıxaracaq.

“Biz təcavüzkar tərəfin nümayəndələrini bundan sonra “QOİSU”nun əməkdaşlarına qarşı təzyiqlərdən və Kompressor stansiyasının işinə müdaxilədən çəkinməyə çağırırıq”,- deyə şirkətdən bildirilib.

"Əks halda, operativ idarəetmənin itirilməsi halında “QOİSU” QİS-nin bütövlükdə təhlükəsizliyini və istismarını təmin etmək məqsədilə bu obyekt fəaliyyətini dayandırmağa məcbur olacaq. "Novopskov" KS-nin dayanması "Soxanovka" QIS vasitəsilə tranzitin dayanması deməkdir. Nəticələrə görə məsuliyyət stansiyaya qanunsuz müdaxilə edən Rusiya Federasiyasının üzərinə düşür",- deyə şirkət vurğulayır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »