Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yenə uğursuzluq olsa, generallar Putini aradan götürəcək" - Piontkovski
"Yenə uğursuzluq olsa, generallar Putini aradan götürəcək" - Piontkovski

“Rusiya Baş Qərargahı ilə baş komandan arasında çox ciddi münaqişə yaşanıb. Buçada və Rusiya ordusunun geri çəkildiyi digər yerlərdə gördüklərindən sonra Qərbin, ABŞ-ın reaksiyası dəyişdi”.

Bu barədə rusiyalı politoloq Andrey Piontkovski “Ukrayna 24” kanalının efirində danışıb. O, qeyd edib ki, istənilən halda, Ukraynaya ağır silahların tədarükü qarşısındakı bütün siyasi maneələr aradan qaldırılıb. Politoloqun fikrincə, bürokratik suallar qalıb. Yaxın iki həftə ərzində bu müharibənin həlledici döyüşü - Donbass uğrunda döyüş davam edəcək. Çünki “TV-zombiləşmiş” əhaliyə, ətrafına və hətta özünə satmaq üçün Putinə böyük hərhansısa bir uğur lazımdır.

“Axı artıq Baş Qərargahla Ali Baş Komandan arasında çox ciddi münaqişə yaranıb. Xarkovun ələ keçirilməsi uğurlu sayılacaqdı. Amma əksər hərbi ekspertlər bunun mümkün olmadığını düşünür. Sadəcə olaraq, onların kifayət qədər resursları yoxdur. Artıq Abxaziyadan, Osetiyadan, Afrikadan, Əfqanıstan və Tacikistanın sərhədlərindən hər şeyi toplayıblar. Onlar başa düşdülər ki, klassik mövqe savaşında heç bir uğur əldə edə bilməyəcəklər və Kiyevi ala bilməyəcklər. Mən Xarkovu necə almağı düşündüklərini başa düşmürəm. Bu səbəbdən də onlara sadəcə, etdikləri amansız vəhşilik qalır. Baxmayaraq ki, Çeçenistanda insanlığa qarşı kifayət qədər cinayətlər törədilmişdi, hazırda etdikləri vəhşiliklərin əhatə dairəsi Çeçenistan müharibəsi dövründəkindən daha böyükdür”,- deyə politoloq bildirib. O, qeyd edib ki, Donbass uğrunda bu döyüş zamanı ikinci uğursuzluq baş verərsə, Baş Qərargahla baş komandan arasında münaqişə açıq fazaya keçəcək və Putin artıq generalları vəzifəsindən uzaqlaşdıracaq. Yoxsa generallar Putini "aradan götürəcəklər".

Politoloq, ABŞ-ın dəyişmiş mövqeyinə xüsusi diqqət çəkib. O, bildirib ki, son çıxışında Blinken və Pentaqonun digər nümayəndəsi müharibə zamanı ilk dəfə "qələbə" sözünü dilə gətiriblər. Adətən ritorika belə olurdu: biz Ukraynanı silahla təmin etməliyik ki, o, effektiv müqavimət göstərsin və sağ qalsın. Bu dəfə isə, Blinken ilk dəfə dedi ki, Ukrayna bu müharibədə qalib gəlməyə kifayət qədər qadirdir. Belə görünür ki, Amerikanın diqqətini Ukraynanın qələbəsinə yönəltməsi Vaşinqtondakı əhval-ruhiyyədə ən mühüm dönüş nöqtəsidir.

Politoloq hesab edir ki, çətin döyüş gözlənilir və məhz ağır silahların, uzaqmənzilli artilleriya və təyyarələrin çatdırılması tamamilə zəruridir.

“Ümid edək ki, hamısı çatdırılacaq. Ukraynanın özünə gəlincə, burada heç bir sual ola bilməz. İctimai rəy sorğusunun nəticələrinə görə, ukraynalıların 91 faizi qələbəyə əmindir, 8 faizi tərəddüd edir, yalnız 1 faizi qələbəyə inanmır. Belə insanları məğlub etmək olmaz! Lakin Ukraynanın ən müasir silahlara ehtiyacı var”, - deyə Piontkovski vurğulayıb.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »