Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda məhsulun geri çağırılması mexanizminə hələ çox var"
"Azərbaycanda məhsulun geri çağırılması mexanizminə hələ çox var"

Avropada bir çox ölkədə Kinder şokoladlarının istehsalçısı olan Ferrero şirkəti ilə razılaşaraq, bakteriya yayılmasında şübhəli olan Kinder şokoladlarının geri çağırma qərarı verib.

Avropada və Türkiyədə satılan içində sürpriz oyuncaqlar olan yumurta şəklində olan Kinder şokoladları son günlər Avropada detallı şəkildə araşdırılır. Belə ki, “Salmonella” bakteriyası şübhəsi ilə baş verən 125 zəhərlənmə faktı araşdırılır. Zəhərlənməyə şübhəli məhsul kimi isə “Kinder Sürprise” şokoladları göstərilir. Bu günə qədər zəhərlənmələr Fransa, Almaniya, Hollandiya, Belçika, İrlandiya və İsveçdə müşahidə edilib. Böyük Britaniya zəhərlənmələrə səbəb kimi birbaşa Ferrero şirkətini məsul hesab edib.

Qeyd edək ki, “salmonella” virusu ishal, hərarət, qarın ağrısı, qusma, baş gicəllənməsi və müxtəlif əlamətlərin yaranmasına səbəb olur. Əlamətlər 6 saat və 6 gün arasında ortaya çıxır. Ölümə də səbəb ola biləcək virusa yoluxanların müalicəsi 2, 4 həftə davam edir.

Ötən gün məsələ ilə bağlı AQTA da sahibkarlara müraciət edib. Bildirilib ki, İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

“Ölkəmizə idxalı zamanı bu məhsullarda risk əsaslı nəzarət tədbirləri çərçivəsində aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq, həmçinin salmonella bakteriyasının törədicisi aşkarlanmasa da, “Ferrero” şirkəti tərəfindən həmin partiyaların əsas satış bazarlarından geri çağırılması və məhsulun həssas əhali qrupu tərəfindən istehlak edilməsi nəzərə alınaraq, Agentlik tərəfindən sözügedən dövrü əhatə edən məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı sahibkarlara rəsmi məktublar göndərilib”,- deyə bildirib.

AQTA bəyan edir ki, “Ferrero” şirkətinə məxsus son istifadə müddəti 20 aprel - 21 avqust, 11 iyul - 7 oktyabr 2022-ci il tarixli qeyd olunan məhsulların idxalçı şirkətlər tərəfindən geri çağırılması qısa müddətdə təmin olunmalı və bununla bağlı Agentliyə məlumat verilməlidir.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyüb Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qeyd edilən partiya Azərbaycana gətirilməyib. Beynəlxalq Təşkilatların məlumatına əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırma aparıb.

“Təhlükəli, pis mal”, müəyyən “partiya” mala aid olan anlayışdır. Ölkədə malların geri çağrılma mexanizminin olmadığını təəssüflə qeyd edən Eyyub Hüseynov bildirir ki, hətta Sinqapurda alıcının evindən çağırılma imkanları mövcuddur.

“Ödəmələr kartla olduğu üçün hansı məhsulun hara getdiyini yaxşı bilirlər. Lakin Azərbaycanda buna hələ çox var”,- deyə ekspert bildirib.

Məsələ ilə bağlı, Ferrero şirkətinin Azərbaycandakı distirubyüteri olan «AzTrade» MMC-yə sorğu ünvanlamışıq. Cavabını sizinlə paylaşacağıq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »