Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan keçən üç sərhəd pozuçusuna qarşı əməliyyat keçirilib
İrandan keçən üç sərhəd pozuçusuna qarşı əməliyyat keçirilib

7 aprel tarixində saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində hərəkəti müşahidə olunub, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluq birgə məlumat yayıb.

Bildirilir ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılan, xid­məti əra­zi tam qapadıl­araq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşi açmasına məhəl qoymayan sərhəd pozu­cu­ları sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər.

Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq silah tətbiq edilərək sərhəd pozucularından biri zərərsiz­ləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hal-hazırda onun saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərsizləşdirilən sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Saxlanılan sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlu­mat­landırılıb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »