Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Ukraynaya qarşı daha qəddar hücum hazırlayır"
"Rusiya Ukraynaya qarşı daha qəddar hücum hazırlayır"

"Rusiya Ukraynaya daha qəddar və "barbar" formada yeni hücum hazırlayır."

Bizimyol.info xəbər portalı xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Mayk Uiqton "Sky News"-a danışıb.

Qərargah rəisi Ukraynadakı müharibənin "təhlükəli" mərhələdə olduğunu qeyd edərək, bildirib ki, Rusiya ordusu hazırda "daha qəddar" hücuma keçməzdən əvvəl yenidən qruplaşır və mövqelərini müəyyənləşdirir. Onun sözlərinə görə, geri çəkilən işğalçıların yenidən hücum edəcəyini gözləmək üçün bütün əsaslar var.

“Ukrayna, Rusiyanın gətirəcəyi ağırlığı tamamilə hiss edəcək. Bütün kəşfiyyatımız bizə deyir ki, Rusiya yeni bir hücum üçün yenidən qurulur. Potensial olaraq, bu hücum daha əvvəl gördüyümüzdən daha qəddar və daha barbar, hətta daha dəhşətli olacaq",- deyə o bildirib.

Qərargah əlavə edib ki, nazirlər belə bir təşəbbüsü təsdiq edərsə, Kral Hərbi Hava Qüvvələri nəqliyyat təyyarələrində zirehli texnikaları Kiyevə köçürməyə hazırdır. Eyni zamanda Qərbin Qara dəniz sahillərində nəzarəti saxlamaq üçün ukraynalıları gəmi əleyhinə raketlərlə təchiz etmək təkliflərinə cavab olaraq Mayk belə silahların “nəzərdən keçirildiyini” bildirib.

Qeyd edək ki, Rusiya Mariupolu ələ keçirmək və Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında irəliləmək üçün qüvvələr toplamaqda davam edir. İşğalçılar həmçinin Donetsk istiqamətində Ukrayna hərbi qruplaşmasının müdafiəsini yarmağa çalışırlar.

Xatırladaq ki, Rusiya Ukrayna ilə müharibədə 20 minə yaxın əsgərini itirib. Həmçinin, ukraynalı müdafiəçilər 698 tank və 150 təyyarəni məhv ediblər. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyatların yüksək intensivliyi ilə əlaqədar hesablamanın çətinləşdiyini bildirərək vurğulayıb ki, itkilər daha yüksək ola bilər.

Rusiya hakimiyyəti üçün Ukraynaya qarşı müharibədə öz qoşunlarının böyük itkiləri ilə bağlı həqiqəti gizlətmək getdikcə çətinləşir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu faktı açıq şəkildə etiraf edib. O, xarici mətbuata açıqlamasında "ciddi əsgər itkilərimiz var, bu, bizim üçün böyük faciədir",- deyə bildirib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »