Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna xarici işlər naziri: Türkiyə Ukraynanın əsl tərəfdaşıdır
Ukrayna xarici işlər naziri: Türkiyə Ukraynanın əsl tərəfdaşıdır

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Türkiyənin Ukrayna üçün real və perspektivli tərəfdaş olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısına qatılan və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Ukrayna xarici işlər naziri Dmitro Kuleba sosial media hesabında Türkiyənin Ukrayna üçün əsl dost olduğunu bildirib.

Kuleba bildirib ki, Türkiyə Ukraynanın real və perspektivli tərəfdaşı olaraq qalacaq.

“Dostum Mövlud Çavuşoğlu Ukraynaya yardımlarını davam etdirəcəklərini təsdiqlədi. Atəşkəs üçün Türkiyə tərəfinin göstərdiyi diplomatik təzyiqə görə minnətdaram”,-deyə bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Rusiyanın İnsan Haqları Şurası üzvlüyündən çıxarılması üçün keçirilən səsverməyə toxunan Kuleba bildirib ki, bir müddət əvvəl alınan qərarla Rusiyanın BMT İnsan Haqları Şurasına üzvlüyü dayandırılıb.

“Müharibə cinayətkarlarının insan haqlarını qoruyan Birləşmiş Millətlər Təşkilatında işi yoxdur. Qərar qəbul edərkən düzgün tərəfi seçdikləri üçün üzv dövlətlərə təşəkkür etmək istəyirəm”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »