Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
Polşa Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Polşa Rusiyaya qarşı sanksiyaları artırıb.

Bizimyol.info xəbər verir ki, Polşa parlamentində keçirilən iclasda “Ukrayna hücumunu dəstəkləyənlərlə mübarizə və milli təhlükəsizliyin qorunması ilə bağlı xüsusi həllər” haqqında qanun qəbul edilib.

Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən şəxslərin və təşkilatların Polşadakı aktivlərinin dondurulmasına icazə verən qanun 445 deputatın lehinə səsi ilə qəbul edilib. Avropa İttifaqının sanksiyalarından asılı olmayaraq, milli səviyyədə sanksiyaların tətbiqinə imkan verən qanunun əleyhinə heç bir parlament üzvü səs verməsə də, ifrat sağçı Konfederasiya partiyasının 11 üzvü bitərəf qalıb.

Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən hər cür simvoldan istifadəni və hər cür təbliğat fəaliyyətini cinayət hesab edən qanun Rusiyadan kömür idxalını da qadağan edir. Polşa hökumətinin sözçüsü Piotr Müller bu yaxınlarda Avropa Birliyinin qərar verməsini gözləyə bilməyəcəklərini və təhlükəsizlik səbəbindən Rusiyadan bütün ölkəyə kömür idxalını qadağan edəcəklərini bildirib.

Müller Polşada dövlət şirkətlərinin Rusiya kömüründən müstəqil olduğunu, Rusiyadan kömür idxal edən özəl qurumların olduğunu və çıxaracaqları qanunla bunun qarşısını almaq istədiklərini bildirib. İllik 50 milyon ton kömür ehtiyacının 8 milyonunu Rusiyadan qarşılayan Polşa, sözügedən qadağa ilə yaranacaq kömür açığını Avstraliya, Cənubi Afrika və Kanadadan ödəməyi planlaşdırır.

Polşa da bu yaxınlarda Aİ sanksiyaları altında ölkədə fəaliyyət göstərən 160 milyon zlotidən (təxminən 38,5 milyon dollar ) çox adam və qurumların aktivlərini dondurdu . Sözügedən əmlakların konstitusiyaya görə müsadirə edilməsinin mümkün olmadığı ölkədə aktivlərin dondurularaq istifadəsinin qarşısı alınıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »