Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanın şimalından çıxıb, Luqanskda isə 10 km geriyə oturdulub
Rusiya Ukraynanın şimalından çıxıb, Luqanskda isə 10 km geriyə oturdulub

Şimal istiqamətində Rusiya qoşunları Ukraynadan Belarus və Rusiya Federasiyasına geri çəkilib. Məlumata görə, Ukraynanın şimalından çıxarılan hərbi birləşmələrin ən azı bir hissəsi şərqə köçürüləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin bugünkü hesabatında deyilir.

Bu qüvvələrin bir çoxu Ukraynanın şərqinə köçürülmədən əvvəl həmin hərbi birləşmələrdə əhəmiyyətli təhcizat təminatı, şəxsi heyətin artırılması itirilmiş qüvvələrin bərpası təmin ediləcək. Şimaldan şərqə istənilən kütləvi yerdəyişmə ən azı bir həftə vaxt tələb edə bilər.

Nazirlik Rusiyanın şərq və cənubdakı şəhərləri atəşə tutmasının davam etdiyini bildirib. Rusiya qüvvələrinin strateji əhəmiyyətli İzyum şəhərindən daha da cənuba doğru irəlilədiyini və bu şəhərin nəzarətində qaldığını qeyd dilib.

Xatırladaq ki, dünənki nəticələrə əsasən, Ukrayna əsgərləri Luqansk vilayətində Rusiyanın strateji mövqeyini ələ keçirərək Kremennaya şəhərindən Rusiya bölmələrini 6-10 km geriyə sıxışdırıblar.

İşğalçılar körpünü partladıb və Donbassdan evakuasiya qatarları üçün Ukraynanın nəzarətində olan yeganə marşrutu bağlayıblar. Söhbət Xarkov vilayətinin cənubunda Barvenkove yaxınlığındakı yerüstü keçidə endirilən hava zərbəsindən gedir.

Bununla yanaşı, Donetsk və Luqansk vilayətlərinin sakinlərinə mümkün qədər tez təxliyə edilmələri tövsiyə olunur. Oxşar bəyanatla Dnepr meri Boris Filatov çıxış edərək qadınları, uşaqları, qocaları və kritik infrastruktura aidiyyatı olmayanları təhlükəsiz ərazilərə getməyə çağırıb.

Baş Qərargahın bugünkü məlumatına görə, düşmən Bryansk və Kursk vilayətlərində qüvvələr toplayır. Belarus ərazisindən Ukrayna ərazisinə raket və hava zərbələri endirilməsi ehtimalı aktual olaraq qalır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »