Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 2030-cu ilə qədər 70 "Tu-214" təyyarəsi istehsal edəcək
Rusiya 2030-cu ilə qədər 70 "Tu-214" təyyarəsi istehsal edəcək

Rusiyanın Birləşmiş Təyyarə Korporasiyası (BTK) "Tu-214" təyyarəsi istehsal etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə “Rostec”də jurnalistlərə məlumat verilib.

Dövlət korporasiyasında qeyd edildiyi kimi, təyyarə Rusiya istehsalı olan "PS-90" mühərrikləri ilə təchiz ediləcək.

"Gələcəkdə BTK 2030-cu ilə qədər təxminən 70 "Tu-214" təyyarəsi istehsal etməyi planlaşdırır. Bu gün bu təyyarələr artıq Kazanda kiçik seriyalarda istehsal olunur. Təyyarə yerli "PS-90" ailəsi mühərrikləri ilə təchiz edilib və sertifikatlaşdırılıb. İstehsal olunan model yaxşı reputasiyaya malikdir və kütləvi istehsal olunacaq. Uçuş məsafəsi 6500 km-ə qədərdir ki, bu da ölkə daxilində daşınma üçün idealdır. Təyyarə artan etibarlılığı ilə seçilir”, - deyə "Rostec" bildirib.

Artan etibarlılığına görə təyyarə Açıq Səma Müqaviləsi çərçivəsində istifadə olunan laynerlər üçün əsas modelə çevrilib. “Həmçinin, bu tipli təyyarələr Rusiya prezidenti də daxil olmaqla dövlət rəsmilərinin hava daşımalarını təmin edən “Rossiya” xüsusi uçuş heyətinin donanmasının əsasını təşkil edir”, - deyə "Rostec"in məlumatına əlavə edib.

"Tu-214"ün seriyalı istehsalına ehtiyac ABŞ və Aİ-nin tətbiq etdiyi sanksiyalar fonunda yaranıb. O cümlədən Rusiyaya Airbus və Boeing təyyarələri, onların ehtiyat hissələrinin satışından tamamilə imtina edildikdən sonra belə bir qərar qəbul edilib. Üstəlik, BTK-ın xarici tərəfdaşları birtərəfli qaydada Rusiya "SSJ-100" və "MS-21" üçün komponentlərin tədarükünü dayandırıblar.

Bir gün əvvəl Birləşmiş Təyyarə Korporasiyasının (BTK) rəhbəri Yuri Slyusar ilk 20 "Tu-214" təyyarəsinin istehsalına başladığını elan edib. Rusiya Federasiyasının Sənaye və Ticarət Naziri Denis Manturovun bir müddət əvvəl bildirdiyi kimi, BTK bu ilin sonuna qədər sifarişçiyə iki seriyalı "MS-21" təyyarəsi təqdim edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »