Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya da Rusiya diplomatlarını ölkədən çıxara bilər
Yaponiya da Rusiya diplomatlarını ölkədən çıxara bilər

Yaponiya hökuməti bəzi rus diplomatlarının ölkədən çıxarılmasını yeni sanksiya tədbirlərindən biri hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "Fuji TV" məlumat yayıb.

Mətbuatın verdiyi məlumata görə, hazırda Yaponiya Nazirlər Kabineti müvafiq tədbirlərin görülməsi imkanlarını müzakirə edir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib.

Bundan sonra Qərb ölkələri Rusiya Federasiyasının dövlət borcu və bank sektoru ilə bağlı şəxsi və sektoral sanksiyalar tətbiq etdi, bir çox özəl şirkətlər Rusiyada işləri dayandırıblar. Bəziləri isə Rusiya layihələrindən tamamilə çıxmaq və onlara investisiya qoymaqdan imtina etmək qərarına gəliblər.

Qeyd edək ki, artıq ABŞ və bir neçə Avropa dövləti Rusiyanı Ukraynaya qarşı işğalçı hücumuna etiraz olaraq Moskvanın diplomatlarını ölkələrindən çıxarmaqla bağlı qərar veriblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »