ATƏT Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında baş tutan görüşü və mümkün sülh müqaviləsi istiqamətində başlanılan prosesi alqışlayır.
APA xəbər verir ki, bu barədə Polşanın ATƏT sədrliyinin “Twitter“ hesabında bildirilib.
Qeyd olunub ki, təşkilat Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.