Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynadakı əməliyyatın yaxın günlərdə başa çatacağına ümid edir

Rusiya ümid edir ki, Ukraynadakı xüsusi əməliyyatın məqsədi yaxın günlərdə başa çatacaq.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews” telekanalının efirində bildirib.

“Biz həqiqətən ümid edirik ki, yaxın günlərdə bu əməliyyat öz məqsədlərinə çatacaq. Bu Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yolu ilə də başa çata bilər”, - deyə Peskov bildirib.

O qeyd edib ki, Rusiya hərbçiləri əməliyyatı başa çatdırmaq üçün əlindən gələni edir.

Peskov həmçinin bildirib ki, Ukraynadakı əməliyyat diplomatiya yolu ilə başa çata bilər. Bu, Ukraynanın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmasından asılıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »