Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın əsas problemi orduda ruh düşkünlüyüdür" - Britaniya kəşfiyyatı
"Rusiyanın əsas problemi orduda ruh düşkünlüyüdür" - Britaniya kəşfiyyatı

Rusiya Ukraynanın şərqinə hücum üçün qüvvələrini birləşdirir. Rusiya ordusu təyyarələrin köməyi ilə Donbassı bombalamağa davam edir və kütləvi artilleriya atəşi həyata keçirirlər. Bununla belə, Rusiya üçün əsas problem şəxsi heyətin ruhdan düşməsi və ordusunun Ukraynada döyüşmək istəməməsi olaraq qalır.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Britaniya kəşfiyyatına istinadən məlumat yayıb.

"Ukraynanın şərqində hücum əməliyyatları Rusiya Silahlı Qüvvələri tərəfindən davam etdirilir. Rusiya artilleriyası və aviasiyası Donbass üzərində nəzarət xəttinə zərbələr endirməkdə davam edir",- Britaniya Müdafiə Nazirliyi qeyd edib.

Britaniya kəşfiyyatı hesab edir ki, işğalçılar tərəfindən bütün Ukrayna ərazisində infrastruktur obyektlərinin dağıdılmasına əsas səbəb, xüsusən, Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını pozmaq, Ukraynanın öz qoşunlarını təmin etmək imkanlarını azaltmaq istəyi ilə bağlıdır. Danışıqlar prosesi də daxil olmaqla, Ukrayna hakimiyyətinə təzyiqi artırmaqdır. Ancaq Rusiya ordusunun özü ciddi problemlərlə üzləşir.

"Donbassdakı əməliyyatları dəstəkləmək üçün qüvvələrin və maddi-texniki vasitələrin yenidən qruplaşdırılmasına baxmayaraq, Rusiya qüvvələrinin mənəvi problemləri, təchizat və şəxsi heyət çatışmazlığının davam edəcəyi ehtimal olunur",- Britaniya Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya ordusunun Donbassda Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almağa çalışdığı bildirilmişdi. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, ərazidə Ukrayna və Rusiya qoşunlarının nisbəti Ukraynanın zərərinə hazırda 1/8-ə bərabərdir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Donbassda müdafiəni saxlayan briqadalara dəstək üçün bütün mümkün addımları atır.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »