Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Ukrayna müharibəsi Azərbaycanda da bahalaşmaya səbəb olur
Rusiya-Ukrayna müharibəsi Azərbaycanda da bahalaşmaya səbəb olur

Rusiya- Ukrayna müharibəsinin başlaması nəinki qonşu ölkələrdə, artıq Avropa ölkələrində də inflyasiya həddinin artmasına gətirib çıxarıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2022-ci ildə dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Dünyanın ərzaq bazarında qonşu Türkiyədə, eləcə də Rusiyada inflyasiyanın artımı müşahidə olunur. Azərbaycanın əsas ticarət tərəfdaşları da Rusiya, Ukrayna, Türkiyə və digər Avropa ölkələri olduğundan həmin ölkələrdə baş verən inflyasiya artımı ölkəmizə də təsirsiz ötüşmür.

Ölkələrdə sözü gedən vəziyyətin dəyişməsi Azərbaycana gətirilən məhsulların qiymətində özünü göstərir. Son bir aydan artıqdır ki, bu təsir daha kəskin şəkildə bahalaşma ilə gündəmdədir. Hesabata görə, ölkə üzrə inflyasiya həddi 6 faizdir. Son vaxtlarda dünyada baş verən dəyişikliklər 6 rəqəminin dəyişib dəyişməməsini sual altında qoyur.

Azərbaycan hökuməti dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizə mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsulları üzrə bahalaşmanın qarşısının alınması üçün tədbirlər həyata keçirməyə çalışır. Bütün bunları nəzərə alaraq dövlət qabaqlayıcı tədbirlər planı hazırlayır.

Bəs inflyasiyanın ölkəmizdə artması nələrə səbəb ola bilər?

Ekspertlər qeyd edir ki, həmin ölkələrdə dolların davamlı olaraq dəyər qazanması, istehlak zəncirinin qırılma risklərinin ölkəmizə də mənfi təsirləri olacaq. Ekspertlər həmçinin onu da qeyd edirlər ki, bu rəqəm ərzaq bahalaşmasında daha çox özünü göstərir. Qarşıdakı aylarda tikinti bazarında da bahalaşma gözlənilir. Açıqlanan rəqəmlər öncəki ayların reallığını əks etdirir. İdxalımız azaldığı üçün və Rusiyada dolların qalxdığı üçün ,hətta dolların satışında problem olduğu üçün taxta başda olmaqla, digər tikinti materiallarındakı qiymətinin artımı növbəti aylarda özünü göstərəcək.

Nazirlər kabinetinin son qərarı ilə, antiinflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır. Belə ki, əsas ərzaq məhsullarının tədarükü ilə məşğul olan sahibkarlar üçün güzəştli kreditlərin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur.

Dünyada baş verən proseslər onu göstərir ki, bu il inflyasiyanın qarşını tam almaq mümkün olmayacaq.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »