Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: "Şübhəsiz ki, Ukrayna bizim qoşunların çıxarılmasını tələb edəcək"
Lavrov: "Şübhəsiz ki, Ukrayna bizim qoşunların çıxarılmasını tələb edəcək"

ABŞ və müttəfiqləri Ukrayna rəhbərliyini döyüşləri davam etdirməyə sövq edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı video şərhində deyib.

O, Kiyevin danışıqlar aparmaq iqtidarında olmaması, onun "əldə edilən anlaşmalardan kənara çıxmaqla danışıqları gecikdirmək və hətta pozmaq xətti" ilə irəlilədiyinə işarə edib: “Biz bunu Kiyev rejiminin Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunması faktının təzahürü kimi görürük. Onlar Ukrayna prezidenti Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər. Nə yazıq ki, hələ də buna nail ola bilirlər”,- deyə diplomatik departamentin rəhbəri vurğulayıb.

Lavrov bildirib ki, Rusiya bütün təxribatlara baxmayaraq, Ukrayna ilə danışıqlar prosesini davam etdirəcək: "Biz danışıqlar prosesini davam etdirərək saziş layihəsini irəli sürmək niyyətindəyik",- deyə o qeyd edib.

"Bütün təxribatlara baxmayaraq, Rusiya dövlətinin nümayəndə heyəti bizim bütün ilkin, əsas mövqelərimizi, tələblərimizi aydın və tam şəkildə əks etdirən saziş layihəsini irəli sürərək danışıqlar prosesini davam etdirəcək. Biz prosesdən geri çəkilmirik, əksinə? onu ikişaf etdirmək istəyirik",- deyə nazir qeyd edib.

O əlavə olaraq bildirib ki, Rusiya Ukrayna tərəfinin danışıqlarda yeni şərtlər irəli sürəcəyini istisna etmir. Lakin o, belə bir ssenarinin Moskva üçün qəbuledilməz hesab olunacağını da qeyd edib.

"Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək. Bilirik ki, onlar yeni ilkin şərtlər qoymaq barədə təklif bildirəcəklər. Bu plan başa düşüləndir, lakin bizim üçün qəbuledilməzdir",- Rusiya diplomatik departamentinin rəhbəri vurğulayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »