Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təzadlar" qəzetinin 29 yaşı tamam olur!
"Təzadlar" qəzetinin 29 yaşı tamam olur!

Azərbaycanın çağdaş fikir tarixində öz dəsti-xətti və öz yolu olmuş "Təzadlar" qəzetinin aprelin 8-də 29 yaşı tamam olur.

1993-cü ilin aprelin 8-də ilk sayı çapdan çıxan qəzet ötən dövrdə bütün çətinliklərə, məhkəmə süründürməçiliyinə və bəzi kənar təsirlərə- təzyiqlərə baxmayraq bu günədək dayanmadan nəşr olunmaqdadır.

29 ildir «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarı ilə nəşr olunan qəzetin baş redaktoru Asif Mərzili 2009-cu ildə həbs ediləndə Prezident İlham Əliyevin bu həbsə sərt reaksiyasından sonra o, 2 gün sonra məhkəmə qərarı ilə həbsdən azad edilmişdir (ATƏT-in və «Human Rights Watch»ın illik hesabatında bu addım təqdir edilmiş, Azərbaycan Prezidentinə minnətdarlıq bildirilmişdir).

Qəzetin iki əməkdaşı-Asif Mərzili və Yasəmən Məmmədli 2020-ci ilin 44 günlük Zəfər müharibəsi günlərində Azərbaycan həqiqətlərini TRTAJANS xətti ilə (sədri Azərbaycansevər Salih Kurtdur) dünya mediasında yayımladıqlarına görə, Avropa Mətbuat Federasiyasının üzvü seçilmişlər (Azərbaycandan AMF-nin hələki yeganə üzvü olan jurnalistlərdir).

Qəzetin rəsmi saytı tezadlar.az ikinci dəfədir Medianın İnkişafı Agentliyinin müsabiqə layihələrində iştirak edir (qəzet keçmiş KİVDF-nin də ilk layihəsində qalib olmuşdur).

Qəzetin Xocalı faciəsi ilə bağlı məqaləsi 2014-cü ildə ABŞ-ın Kaliforniya ştatının Mərkəzi Kitabxanasının kataloquna salınmışdır.

Siyasi tərəfsiz olan, Azərbaycan dövlətinin müstəqil media siyasətini dəstəkləyərək fəaliyyətini davam etdirən qəzetə mənəvi dəstək olmuş hər kəsə, dəyərli oxucularımıza minnətdarıq. Belə bir məsuliyyətli gündə qəzetin təsis olunmasında iştirak etmiş, xeyir-dua vermiş Azərbaycanın tanınmış simalarını-görkəmli alim Xudu Məmmədovu (qəzetin adı Xudu Məmmədovun əsərlərinin ifadəsidir), Xalq şairlərimiz-Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, professor Nurəddin Rzanı, sabiq «OMON» komandiri Rövşən Cavadovu, professor Famil Mehdini, unudulmaz şair Şahmar Ələkbərzadəni ehtiramla yad edir, Azərbaycanın Əməkdar Hüquqşünası, professor İlham Rəhimova, neftçi alim Yusif Səmədova, tanınmış hüquqşünas Adil Minbaşıya… dərin minnətdarlığımızı yetiririk!

Belə işıqlı ziyalıların təsis etdikləri qəzetin 29-cu yaşının Qarabağın işğal altında qalmış torpaqlarının azadlığı ilinə və Ramazan günlərinə təsadüf etməsi də yəqinki təsadüfi hadisə deyil!

ALLAH Azərbaycanı qorusun!

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »