Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya kəşfiyyatı Buçadakı qətliamı törədənləri nişan verdi
Almaniya kəşfiyyatı Buçadakı qətliamı törədənləri nişan verdi

Buçadakı barbar vəhşiliklər, qismən qorxunc Vaqner muzdlu qruplaşması tərəfindən qəsdən həyata keçirilən Kremlin strategiyasının bir hissəsi idi.

Bizimyol.info "dailymail"ə istinadən xəbər verir ki, Almaniyanın xarici kəşfiyyat xidməti "BND" həftə sonu Ukrayna ordusunun geri aldığı Kiyev yaxınlığındakı dəhşətlər şəhərində dinc əhalinin Putin gücləri tərəfindən vəhşicəsinə öldürülməsini sübut edən məlumatlar açıqlayıb. Kəşfiyyat ələ keçirdiyi Rusiya əsgərlərinin qətlləri müzakirə edən audio mesajlarını təqdim edib.

Verilişin müzakirəsi Buçada görülən konkret cəsədlərlə bağlı idi: "Bir əsgər həmkarları ilə velosipeddə kimisə necə güllələdiyini danışarkən, digər əsgər isə “əvvəlcə sorğu-sual edin, sonra güllələyin”, - deyir.

“Spiegel” yazır ki, səs mesajları "BND" tərəfindən Almaniya parlamentinə ötürülüb. Bu faktlar Kremlin “dəhşətli saxtakarlıq” barədə dediklərini, cəsədlərin Rusiya şəhərdən geri çəkildikdən sonra Ukrayna tərəfindən təşkil edildiyinə dair əsassız iddialarını bir daha təkzib edir.

Telefon dinləmələri həm də "Vaqner" qrupunun şəhərdə olduğunu, qətliamda “əsas rol” oynadığını və buna bənzər qırğın səhnələrinə ölkənin başqa yerlərində də rast gəlindiyini göstərir.

Dünyada bir sıra qətllər, zorlamalar və müharibə cinayətləri ilə əlaqəli olan qaranlıq hərbi şirkət Putinin şəxsi ordusu kimi tanınır. Öz çirkin işlərini dövlətdən uzaq göstərməyə çalışsa da, şirkət tapşırıqları birbaşa Putindən aldığı bildirilir.

Bu arada, Ukrayna tərəfi məlumat verir ki,  Rusiya Donbasa gözlənilən böyük hücuma hazırlıq məqsədilə Kiyev və Çerniqovdan 24 min əsgərinin çıxarılmasını başa çatdırıb. Burada dinc sakinlərə hücumdan əvvəl qaçmaq üçün “son şans” olduğu xəbərdarlığı edilib.

"Şərqdə Donetsk, Luqansk və Xarkov Rusiya qoşunlarının mərkəzdən çıxarılmasından sonra ağır döyüşlər gedir. Mariupol isə mühasirədə saxlanılmaqdadır: Mühasirəyə alınan şəhərdə hələ də 170 min insanın olduğu bildirilir. Orada mülki əhalinin sayı 5 000 nəfərə çatıb, o cümlədən 210 uşaq var", - deyə mer bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »