Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dekabrda müharibənin olacağını bilirdik, amma bunu xalqa demədik" - Ukrayna rəsmisi
"Dekabrda müharibənin olacağını bilirdik, amma bunu xalqa demədik" - Ukrayna rəsmisi

Rusiyanın genişmiqyaslı işğalın labüdlüyü ukraynalılara niyə izah edilməyib? Bildirilir ki, Ukrayna Prezident Aparatı Kremlin müharibəyə başlayacağı planından ən azı bir ay əvvəl xəbərdar idilər. Lakin xalqa bu barədə məlumat verilmədi. Prezident Aparatı sədrinin müşaviri Aleksey Aretoviçin sözlərinə görə, bu, “xaosun” qarşısını almaq üçün edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Aretoviç "ISLND TV"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın dekabrın əvvəlində işğala hazırlaşdığına dair etibarlı sübutlar əldə edib. Eyni zamanda, bu barədə heç kim xalqa qəti tarix deməyib.

Aleksey Arestoviç Aleksey Arestoviç

Buna baxmayaraq, Ukrayna ciddi müdafiəyə hazırlıqlarına başlayıb: ehtiyat qüvvələr səfərbər edilib, təlimlər keçirilib, yerli hakimiyyət orqanları ilə iş aparılıb.

Amma, bütün bunlarla yanaşı, hakimiyyət ukraynalılara müharibənin qaçılmaz olduğunu deməmək qərarına gəlib: "Çünki bu xəbərin vətəndaşların ölkədən kütləvi şəkildə qaçmasına səbəb ola biləcəyi etimalı var idi",- Arestoviç qeyd edib. O bildirib ki, 8 milyondan 12 milyona qədər qaçqın sadəcə olaraq, avtomobillərlə yolları bağlayıb Ukrayna ordusunun müdafiə xəttinə çatmasına mane olacaqdı. Bu, təcavüzkara və onun "ildırımsürətli" planlarına kömək edəcək amil olaraq dəyərləndirilib.

"Bu, Rusiyanın hərbi rəhbərliyi üçün çox arzuolunan vəziyyətlə razılaşmaq idi. Belə olan halda, biz yəqin ki, dərhal bu müharibəni və sol sahildə hər şeyi uduzardıq. Biz bu vəziyyətin öhdəsindən heç bir şəkildə gələ bilməzdik. Yeganə çıxış yolu ondan ibarət olardı ki, sadəcə olaraq, öz vətəndaşlarımızı tanklarla əzək, körpülərdən keçmək üçün onları güllələyək. Biz bu variantı seçə bilməzdik. İndi isə sual olunur: hansı qərarın qəbul edilməsi daha doğru oldu? Bu qərar qəbul edilməsəydi, bizim iki seçimimiz olcaqdı: "Ya sus, ya da iflic olmuş ölkənin müəyyən ərazisini tərk edərək sol sahili təslim et” şərti ilə müharibəsiz təslimçiliyə məhkum olacaqdıq",- deyə Aretoviç bildirib.

Prezident Aparatı sədrinin müşaviri əlavə edib ki, hakimiyyət çətin seçim qarşısında qalıb, çünki onlar pis və çox pis ssenarilər arasında seçim etməli olublar.

"Yaxşı seçimlər yox idi. Ölkə rəhbərliyinin nəzərdən keçirdiyi bütün ssenarilərə görə, ukraynalılara Rusiyanın işğalı ilə bağlı həqiqət dərhal çatdırılsaydı, dövlətimiz bu qədər hücuma davam gətirə bilməzdi",- deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »