Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: Kiyevdə könüllü xilasedicilərin köməyinə ehtiyacı var
Nazir: Kiyevdə könüllü xilasedicilərin köməyinə ehtiyacı var

Dövlət Fövqəladə Hallar Xidməti dağılmış binaların dağıntılarını təmizləmək, insanlara yardım göstərmək, humanitar yardımların boşaldılması üçün könüllülər axtarır.

Bizimyol.info xəbər verir ki, bu barədə daxili işlər naziri Denis Monastırski özünün "Facebook" sosial şəbəkə səhifəsində yazıb.

O qeyd edib ki, xüsusilə Kiyev vilayətində Borodyanka kəndi rus işğalçıları tərəfindən tamamilə dağıdılıb. Monastırski əlavə edib ki, könüllü xilasedicilərə kənd ərazisini dağıntılardan və minalardan təmizlənməsinə kömək göstərmək üçün ehtiyac var.

"Uşaqlar bütün sutkanı dayanmadan - 7/24 işləyirlər. Bu, Ukrayna uğrunda mübarizəmizdə daha bir mühüm cəbhədir. Bu, mülki şəxslərin xilası edilməsi üçün vacibdir. Çox vaxt yaşlı insanların, uşaqlı qadınların köməyə ehtiyacı olur. Bütün başqa işlərimizlə birlikdə bunu da etməliyik, amma əməkdaşlarımız bu qədər böyük həcimli işləri həyata keçirməyə kifayət etmir. Əlavə qüvvəyə ehtiyac var.

Ümumilikdə, müharibə başlayandan bəri dövlətin xilasediciləri Ukraynanın Fövqəladə Hallar Xidməti 20 minə yaxın yanğını aradan qaldırıb. Dağıntılar altından və yanğından 1100-ə yaxın insan xilas edilib. 20 mindən çox partlayıcı obyekti, yarım tona yaxın partlayıcı maddəni, 1,5 minə yaxın aviabombanı zərərsizləşdirib. Partlayıcı vasitələrin olması güman edilən 5,5 min hektar ərazini yoxlayıb”, - deyə nazir vurğulayıb.

O, ukraynalıları müharibə başlayandan gücləndirilmiş rejimdə işləyən xilasedicilərə kömək etməyə çağırıb.

"Buna görə də Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti mülki müdafiə üçün könüllülərin axtarışını elan edir. Nə etmək lazımdır? Dağıntıları sökmək, insanları xilas etmək, zərərçəkənlərə yardım göstərmək, humanitar yükləri boşaltmaq", - deyə Monastırski yazıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »