Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa hər gün Putinə 1 milyard avro verir
Avropa hər gün Putinə 1 milyard avro verir

Ukraynada müharibə başlayandan bəri Avropa ölkələri Rusiyaya enerji təchizatı üçün 35 milyard avro ödəyib.

Bizimyol.info xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

Onun sözlərinə görə, Ukraynaya maliyyə yardımının məbləği 35 dəfə az olub.

“Biz ukraynalılara özlərini müdafiə etmək üçün kömək etməliyik. Biz Ukraynaya demək olar ki, bir milyard avro verdik. Bu, çox görünə bilər, amma biz hər gün Putinə bir milyard avro ödəyirik. Təbii ki, bu Rusiyanın bizə verdiyi enerj daşıyıcılarına görə ödədiyimiz puldur”, - deyə Borrell bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »