Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"10 yaşlı uşaqlara qarşı bunu etmək üçün nə olaraq doğulmaq lazımdır?!"
"10 yaşlı uşaqlara qarşı bunu etmək üçün nə olaraq doğulmaq lazımdır?!"

“Bu gün Ukraynada Haqq naminə müqəddəs və şiddətli müharibə gedir. Bu savaşı başlayanların, bəşəriyyətə qarşı cinayət törədən insan olmayanların hər biri gec-tez cəzasını alacaq. Bu yaxınlarda, hardasa bir ay əvvəl Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı yazı hazırlanarkən həmin məqalənin sonunda bu sözləri yazmışdım:

“Rusiya hər zaman qəddar, işğalçı və düşmən olub! Bu indi də belədir və təəssüf ki, bələ də qalmaqda davam edir. Kiyevin xarabalığa çevrilmiş Buça adlı kiçik, sakit qəsəbəsində işğalçıların vəhşiliklərini gördükdən sonra bu sətirləri oxuyanda mən ifadəmin nə qədər zəif olduğunu, işğalçıların törətdiyi dəhşəti tam çatdıra bilməyəcəyini gördüm”.

Bu barədə Bizimyol.info xəbər portalına Ukrayna Azərbaycanlılar Radasının (UAR) baş direktoru, iş adamı Ceyhun Məmmədov danışıb. O, qeyd edib ki, Rusiya ordusunun hərəkətlərində insani heç nə yoxdur:

Ukrayna Azərbaycanlılar Radasının baş direktoru Ceyhun Məmmədov Ceyhun Məmmədov

“Aralarında əsasən qadınların, uşaqların və qocaların olduğu günahsız mülki şəxslərin kütləvi qətlini izah edə bilmək üçün uyğun ifadə tapmaqda çətinlik çəkirəm. 12-15 yaşlı günahsız qızların zorlanmalarını necə izah etmək olar?! Birinin 10 yaşı var idi. 10 yaşlı uşaqları zorlamaq üçün kim və nə olaraq doğulmaq lazımdır?! Doğrudan da, bu əsgərlər, belə demək mümkünsə, dünyaya gələndə ilk qurtum südləri ilə təcavüzkarlıq missiyasını mənimsəyiblər. Necə ola bilər ki, onlar bir otaqda yeyib-içib, yatıb, qonşu otaqda divarın arxasında dinc insanlara işgəncə verib, sonra bu günahsız insanların əl-qolunu bağlayıb arxadan güllələyiblər. Və yaxud əvvəlcə təcavüz etdikləri qızları çılpaq soyundurub, meyitlərini dizel yanacağı ilə yandırmağa cəhd ediblər”.

Ceyhun Məmmədov qeyd edib ki, Ukrayna qoşunları tərəfindən azad edilən Buçanın fotoşəkillərinə əsasən demək olar ki, Rusiya işğalçıları bütün canlıları, insanları, itləri, pişikləri güllələyiblər. Boş evləri, xəstəxanaları, uşaq bağçalarını, mağazaları, aptekləri dağıdıblar. Və çətin ki, onlar bunu təkbaşına ediblər. Axı, onlara cavabdeh olan yüksək rütbəli zabitlər rəhbərlik edirdi.

“Biz Xocalını unutmuruq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və MDB Birləşmiş Qoşunlarının 336-cı qvardiya alayının hərbçiləri 7 min əhalisi olan kiçik Azərbaycan şəhərciyinə basqın etdilər. Mən bu gün də damarlarda qan donduran bu dəhşətli faciədən, Ermənistan və Rusiya silahlılarının sadizmindən danışıram. Və bu gün ölkə əhalisinin sistematik şəkildə məhv edildiyi ölkə Ukraynadır. Bu gün Buça, İrpen, Qostomel, Mariupol, Xarkov, Çerniqov və digər şəhər və qəsəbələrdə vəziyyət ağırdır. Bu gün Ukraynada haqq naminə böyük, şiddətli müharibə gedir”,- deyə Ceyhun Məmmədov bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »