Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Camala xeyriyyə konsertlərində Ukrayna üçün 83 milyon avro toplayıb
Camala xeyriyyə konsertlərində Ukrayna üçün 83 milyon avro toplayıb

Ukraynalı müğənni, 2016-cı ildə Ukraynaya Eurovision birinciliyini qazandıran və əslən Krım tatarı olan Camala bildirib ki, onun da iştirak etdiyi Avropa ölkələrindəki xeyriyyə konsertləri sayəsində Rusiya-Ukrayna müharibəsindən əziyyət çəkən Ukraynalılar 83 milyon avrodan çox yardım toplaya bilib. Sənətçi Rusiyanın cinayətlərini bütün dünyaya çatdırmağı özünə borc bildiyini qeyd edib. Camala bu barədə öz “Instargram” hesabında yazıb.

Müğənni martın 29-da Birminqemdə xeyriyyə konsertində çıxış edib və orada "1944" mahnısını ifa edib.

"İndi hər kəs kömək etmək üçün öz resursundan istifadə edir. Mən bütün dünyada milyonlarla insana Rusiyanın cinayətləri barədə danışmağı öz borcum hesab edirəm və onları bizə kömək etməyə çağırıram. Yalnız avropalı dostların sayəsində milyonlar qazana bildik",- deyə müğənni yazıb. O, qısa müddətdə toplanan ianələrin miqdarını qeyd edərək yazıb: "3,3 milyon avro Berlində Eurovision üzrə milli seçimin finalının tamaşaçıları tərəfindən göndərilib".

  • ARD kampaniyası çərçivəsində ukraynalılara yardım göstərən Aktion Deutschland Hilft və Bündnis Entwicklung Hilft təşkilatları tərəfindən bağışlanan 67 milyon avro.
  • Litvada keçirilən “The Voice” şousunda 52 min avro toplanıb. Vəsait Ukrayna ordusuna kömək edən Mavi/Sarı tərəfindən bağışlanıb.
  • 950 min avro - Buxarestdə Tom Odell, Armin van Buuren və başqalarının qatıldığı "We Are One" konsertinin nəticəsidir. Yardımlar Rumıniya Qızıl Xaç Cəmiyyətinə təhvil verilib.
  • Ed Sheeran, Gregory Porter və başqalarının da iştirak etdiyi Birmingemdə Ukrayna üçün konsertdə 13,4 milyon funt sterlinq toplanıb.

“Bizə dəstək olan hər kəsə sonsuz təşəkkürlər”,- deyə Camala qeyd edib.

Xatırladaq ki, əvvəlcə Varşavada MONATIK ifaçısı və müğənni Cerri Heilin iştirak etdiyi “Axşamınız xeyir, biz Ukraynadanıq” adlı xeyriyyə konserti baş tutub. Əvvəlcə müharibəyə qarşı “səssiz qalanları” başlarını işlətməyə çağırıb, daha sonra Putinlə bağlı aşağılayıcı mahnı oxuyub.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »