Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın dondurulmuş pullarının Ukraynaya verilməsi üçün danışıqlar aparılır" - Ustenko
"Rusiyanın dondurulmuş pullarının Ukraynaya verilməsi üçün danışıqlar aparılır" - Ustenko

Rusiyanın həbs edilmiş aktivləri 300 milyard dollardan çoxdur. Bu aktivləri Rusiya əbədi olaraq itirib. Bu itki artıq ölkə rəhbərliyini və Rusiya Federasiyası Mərkəzi Bankını çaşqın vəziyyətə gətirib. Bu barədə Ukrayna prezidentinin müşaviri Oleq Ustenko Kanal 24-ün efirində bildirib.

"Onların 650 milyard dolları var idi, 300 milyard dolları dondurulub. Artıq bu vəsait üzərində Rusiyanın heç bir təsiri yoxdur. Və Ukrayna bunun Ukraynanın Bərpa Fonduna köçrürülməsi üçün danışıqlar aparır", - deyə Ustenko bildirib. Qalan 350 milyard dolların yarısı Rusiyanın əlində qızıl formasındadır. Eyni zamanda, ona qarşı da sanksiyalar tətbiq edilir və bütün dünya da onu almaqdan imtina edir.

Ustenko hesab edir ki, vəziyyətin gərginliyini artıq Rusiya və Rusiyanın Mərkəzi Bankı yaxşı başa düşür. Buna görə də ölkə rəhbərliyi, ölkə nomenklanturası hiddətlənib. Elə bu səbəbdən də , “kim qara bazarda valyuta dəyişdirsə, vətən xainidir və bir neçə il həbsdə yatmalıdır” deyə bəyanat verilib.

Qeyd edək ki, ehtiyatların həbsindən sonra Rusiyanın 300 milyard dollara yaxın aktivi qalıb. Bununla yanaşı Ukraynaya qarşı müharibənin beş həftəsi ərazində rublun məzənnəsini və maliyyə sistemini saxlamaq üçün 40 milyard dollar xərclənib. İndi isə rublun möhkəmlənməsi onların əsas uğurlarından hesab olunur. Bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir (rəqəmlər həbs edilən 300 milyard dollar nəzərə alınmaqla verilib).

“Martın 25-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları fevralın 18-i ilə müqayisədə 38,8 milyard dollar azalaraq 604,4 milyard dollar təşkil edib”, - deyə bankın hesabatında bildirilir.

Xatırladaq ki, Rusiya nağd dolların sərbəst dövriyyəsini qadağan edib. İxracatçıları valyuta gəlirlərinin 80 faizini satmağa məcbur edib və dolların alışı üçün böyük komissiyalar tətbiq edib. Bu, ruslara heç bir təsir göstərməsə də, “dolların rəsmi məzənnəsini” 90 rubldan aşağı salmağa imkan verib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »